Butan–Türkiyə münasibətləri — Butan ilə Türkiyə arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər..[1][2]
Butan–Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1865–1947-ci illərdə Butanın xarici münasibətlərinə Birləşmiş Krallıq rəhbərlik edirdi. 1949-cu ildə ikitərəfli münasibətlər qurmuş Hindistanın təlimatlarına əsasən, ölkə təcridçi beynəlxalq diplomatiyaya malik idi.[3]
Türkiyənin yardımı vasitəsilə[4] Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiya, Ticarət və İnkişaf üzrə Konfransı və BMT-nin İnkişaf proqramı ilə koordinasiyada Əfqanıstan, Laos, Monqolustan və Nepalla birlikdə Butana "dənizə çıxışı olmayan ən az inkişaf etmiş ölkələr" xüsusi statusu verilmişdir. Türkiyənin inkişafa yardım vədlərinə baxmayaraq, Butan bu inkişaf proqramında iştirakdan imtina etmişdir.[5]
Hər iki ölkə 2012-ci ildə Ayla siklonunun yaratdığı dağıntılara cavab olaraq Türkiyənin Butana 10 milyon dollarlıq yardımından sonra rəsmi səviyyədə ikitərəfli münasibətlər qurmuşdur.[6]
2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,58 milyon ABŞ dolları təşkil etmişdir. Türkiyə ixracınin 0,1 milyon ABŞ dolları, idxalı isə 1,48 milyon ABŞ dolları dəyərində olmuşdur.[7]