Bu məqalə qaralama halındadır. |
Butan Silahlı Qüvvələri — Butan Kral Ordusu, Butan Kral Qvardiyası, polis və Butan Kral polisindən ibarətdir. Butanın dənizə çıxışının olmadığına görə Hərbi Dəniz Qüvvələri yoxdur.
Butan Kral Ordusu (BKO) — Butan Silahlı Qüvvələrinin bir hissəsidir, (Butan Konstitusiyasının 27-ci maddəsinə əsasən) ölkənin ərazi bütövlüyünü və xarici təhdidlər zamanı dövlət suverenliyini qorumaq üçün məsuliyyət daşıyır. BKO-nun baş komandanı Butan Kralıdır.
BKO bir də Butan Kral Qvardiyası — elit hissəsidir, kralın, ailəsinin və digər yüksəkvəzifəli şəxslərin təhlükəsizliyinə cavabdehlik daşıyır.
Belə qəbul edilib ki, hər bir Butan ailəsindən bir oğlan orduda xidmət etməlidir (məcburi olmamasına baxmayaraq). Lazım gəldiyi təqdirdə xalq səfərbərliyə cəlb edilə bilər.
Butan Kral Qvardiyası — Butan Kral Ordusunun müstəqil bölümüdür, kral və ailəsini mühafizə etmək üçün qurulmuşdur, ordunun ən yaxşı hazırlanmış və ən yaxşı silahlı birliyidir. Sayı min nəfərdən çoxdur.
Kral mühafizəçiləri özlərinin yüksəksəviyyəli hazırlıqlarını 2003-cü ildə Assam separatçı düşərgələrinin məğlubiyyəti zamanı sübut etdi. Hücum zamanı mühafizəçilər ön sıralarında yürüdülər, lakin heç bir itki vermədilər; əməliyyatlarda şəxsən iştirak edən kral Jiqme Sinqe Vanqçuk da yaralanmadı.
Butan Kral polisi (BKP) — Butan Kral Ordusunun sərbəst bir hissəsidir, qanun və qaydaya əməl etmək və cinayətin qarşısının alınması üçün cavabdehdir. Polis rəisi Maksi Qom (polkovnik) Kipçu Namyeldir.
Butan Kral Ordusunun Hərbi Hava Qüvvələrinin olmamasına baxmayaraq kiçik aviyasiya hissəsi var ki bunun da əsasını Rusiya istehsalı olan "Mi-8" nəqliyyat vertolyotları (7-ə yaxın) və Dornier 228 nəqliyyat təyyarəsi təşkil edir. Butan qoşunlarının hazırlanması, təchizatı və hava hücumundan müdafiəsinin təşkilindən Hindistan məsuldur. Butan ordusunda ümumiyyətlə 237 tanq,65 zirehli tehnika daxildir. Eyni zamanda 2 müharibə təyyarəsi var. Butanın suya çıxışı olmadığından burada heç bir donanma yoxdur.