Butan əhalisi

Butan əhalisinin cins və yaş tərkibini göstərən piramida (2015)

Butan hakimiyyətinin rəsmi saytına görə ölkədə 683 407 nəfər yaşayır (2008—2009)[1]. The World Factbooka görə ölkə əhalisi 699 847 nəfərdir[2].

Ölkənin əsas əhalisi bhotiyalar, yaxud butanlılardır: şarçoplar (26%; 2005), yaxud şərqi butanlılar; dzonq-ke dilində danışan bhotiyaların özləri, yaxud mərkəzi butanlılar (23%); bumtanqpalar, yaxud kebumtamplar, qərbi butanlılar (6%). Digər Tibet-Birma xalqları: khenqlər (8%), dakpalar (6%), matpalar (4%), dzalalar (3%), qurunqlar (3%), lepçalar (2%), kurteoplar (2%), nyempalar (2%), nepallılar (0,5%). Əhalinin 8%-ini Hindistandan gəlmələr təşkil edir, onların da 6%-i assamlılardır. 

Əhalinin ortaillik artımı 2,1%-dir, 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir (2005). Fertillik göstəricisi 1 qadına 4,8 uşaqdır. 

Əhalinin yaş tərkibi: 14 yaşadək – 39,1%, 15 yaşdan 64 yaşadək – 56,9%, 65 yaşdan yuxarı – 4%. Əhalinin orta yaş həddi 20,3 ildir. Gözlənilən orta ömür müddəti 54,4 ildir (kişilərdə 54,7; qadınlarda 54,1 ildir). Hər 107 kişiyə 100 qadın düşür (2005). 

Əhalinin orta sıxlığı 1 km2 -də 16,7 nəfərdir. Ölkənin cənubundakı düzənliklər və şərqindəki münbit Traşiqanq vadisi ən sıx məskunlaşmış rayonlardır. Əhalinin 21%-i şəhərlərdə yaşayır (2002; 1970 ildə 3%). İri şəhərləri (min nəfər, 2005): Thimphu – 69 və Phunçholinq – 17; digər şəhərlərin əhalisi 10 min nəfərədəkdir.

Ölkə əhalisinin 15 yaş və ondan yuxarının oxumaq və yazmaq göstəricisi - 64,9%-dir. Kişilərdə bu göstərici - 73,1%, qadınlarda isə - 55% ( 2015-ci il)[3]

Əmək ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Əməkqa biliyyətli əhali 227,7 min nəfərdir (2001), əcnəbi fəhlələr (əsasən, nepallılar) – 50 min nəfərdir. Məşğulluğun sahəvi strukturu: kənd təsərrüfatında – 93%, xidmət sferasında – 5%, sənayedə – 2% (2002).

Ölkə əhalisinin təxminən 75%[4] - 84%[5] inancı tibet buddizminə aiddir. Daha çox Drukpa KaqyuNinqma məktəbləri üstünlük təşkil edir. Hər iki istiqamət buddizmin Maxayana qoluna aiddir. Bunan əhalisinin 11%[5] - 25%[4] hinduizmə sitayiş edir. Məhs NepaldanHindistandan gəlmələr hinduistlərdir. Xristianlar, əsasəndə katoliklər ölkə əhalisinin1 % -ni təşkil edir.

İİV/QİÇS göstəricisi

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Butanda 246 QİÇS infeksiyasına tutulma qeydə alınmış. Bu ölkə əhalisinin 0,03% -ni təşkil edir.[6] 2010-cu ildə bu göstərici 217 nəfər idi. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramına görə isə bur rəqəm 500 nəfərdən çoxdur.[7] 2010-cu ildə Butanda bu xəstəlikdən 40 nəfərin ölməsi qeydə alınmış.

Butan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 126. ISBN 978-9952-441-10-9.

  1. Butan hakimiyyətinin rəsmi saytı Arxiv surəti 23 aprel 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-04-23 at the Wayback Machine —
  2. "The World Factbook". 2010-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  3. "Arxivlənmiş surət". 2016-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  4. 1 2 Национальные парламенты мира : энцикл. справ. / А. Х. Саидов. — М. : Волтерс Клувер, 2005. — С. 253.
  5. 1 2 "В Бутане пастору грозит 3 года тюрьмы за показ христианского фильма". 2015-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  6. "The Ministry of Health has Detected…". Bhutan Observer online. 2011-08-01. 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-21.
  7. "An Update on Human Immuno Deficiency Virus/Acquired Immuno Deficiency Syndrome (HIV/AIDS)" (PDF). Bhutan Ministry of Health. 2010-07-01. 2012-05-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-11-22.