Butan coğrafiyası

Butan — Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən dövlət. Sahəsi 46 500 km² təşkil edir. Ölkənin şimalı yüksək dağlıq ərazi olub dağ buzlaqları ilə örtülüdür. Cənubi isə subtropik düzənliklərdən ibarətdir. Ölkənin ən hündür nöqtəsi Kula-Kanqri dağıdır. Digər məlumatda isə Kanqar-Punsun dağıdır (7570 m). Ölkə ərazisindən axan çayların heç biri gəmiçiliyə yaramır. Onlar əsasən irriqasiya və elektrik enerjisinin əldə olunması baxımından əhəmiyyətlidirlər. Ölkədə iqlim yüksəklikdən asılı olaraq dəyişir. Şimalda il böyu qar hökm sürdüyü halda, qərbdə musson yağışları, şərqdə quru havalar, cənubda isə subtropik iqlim hökm sürür.

Butan coğrafiyası
Qitə Asiya
Region Cənubi Asiya
Koordinatlar 27°30′ şm.e, 90°30′ şr.u
Sahə
  • 46 500 km²
Sərhədlər 1136
Ən yüksək nöqtə 7570 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Himalayın şərq ətəklərində yerləşən ölkənin dənizə çıxışı yoxdur. Ərazisi əsasən dağlardan və meşələrdən ibarətdir. Butanın Çinlə sərhədi ölkənin şimal və şimal-qərb sərhədlərini təşkil edir. Onun uzunluğu 470 km-dir. Hindistanla sərhəd isə 605 kilometrdir. Ölkə uzunsov formaya malikdir. Şərqi ilə qərbi arasında məsafə 300 km, şimalı ilə cənubu arasında məsafə isə 170 km-dir. 1980-ci illərin ortalarına qədər ölkənin 70 % meşələr, 10 % daimi buzlaqlar, 6 % əkilən torpaqlar, 3 % müvəqqəti əkin sahələri və 6 % otlaqlar təşkil edirdi. Ölkə ərazisi 160 - 7000 metr arasında dəyişir. Ölkədə 19 dağ zirvəsi vardır. Ərazisində əsasən taxildüyü əkilir. Ölkədə pələng, bəbir, fil və digər iri canlılar yaşayır.

Butanın iqlimi olduqca rəngarəngdir. Yüksəklikdən asılı olaraq iqlim də dəyişir və mussonların təsirinə məruz qalır. Ölkənin qərb hissəsinə musson yağışlarının 60—80 % düşür. Ölkədə tempetratur yüksəklikdən asılı olaraq dəyişir. Thimpu şəhəri 2200 metr yüksəklikdə yerləşir. Burada iyun-sentyabr ayları temperatur 15—26 °C, yanvar ayında isə −4 °C, bəzənsə −16 °C olur. Cənubda isə illik temperatur +15-30 °C arasında dəyişir. Həttа +40 °C qədər yüksələ bilir. Ölkənin şimalına il ərzində 40 mm yağıntı düşür. Ölkənin mərkəzi hissəsinə isə yağıntının miqdarı 1000 mm-dir. Ən çox yağıntı ölkənin cənubuna düşür. Yağıntının miqdarı 7800 mm-dir. Qışda ay ərzində cəmi 20 mm yağıntı düşdüyü halda təkcə avqustda bu rəqəm 6500 mm olur.

Butanda dörs əsas çay sistemi vardır: Dranqme, Sankoş, Vanq Çu və Amo. Onların hamısı öz başlanğıcını Himalaydan götürür[1][2][3][4]. Butanın ən böyük çayı Dranqmedir.

Butan buzlaqları

Buzlaqlar Butanın əsasən şimalında yerləşir. Ölkənin 10 % ərazisini əhatə edir. Butan çaylarının əsas qidalanma mənbəyidirlər. Bu buzlaqlar milyon tonlarla şirin suyu özündə cəmləmişdir. Onların əriməsi təbii fəlakətlərə səbəb olur.

  1. White, John Claude. Sikhim & Bhutan: Twenty-One Years on the North-East Frontier, 1887-1908. E. Arnold. 1909. 3–6. 8 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2011.
  2. Rennie, Frank; Mason, Robin. Bhutan: Ways of Knowing. IAP. 2008. səh. 58. ISBN 1-59311-734-5. 12 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2011.
  3. Global Investment and Business Center. Bhutan Foreign Policy and Government Guide. World Foreign Policy and Government Library. 20. International Business Publications. 2000. ISBN 0-7397-3719-8. 31 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2011.
  4. Brown, Lindsay; Armington, Stan. Bhutan (3). Lonely Planet. 2007. 62, 105, 108, 113. ISBN 1-74059-529-7. 6 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2011.