Butneria florida

Calycanthus floridus (lat. Calycanthus floridus) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin calycanthus cinsinə aid bitki növü.

Calycanthus floridus
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın cənub-şərqində Virginiyadan tutmuş, Şimali Karolina, Florida, Alabama və Missisipiyə qədər yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m olan, budaqlanan, yarpağını tökən koldur. Cavan budaqları nazik, yumşaq tüklü, qəhvəyi rəngdə olub, üzəri çoxlu miqdarda açıq mərciməklərlə örtülmüşdür. Yarpaqları iti və ya sivriləşmiş, nadir hallarda küt pazvari, dairəvi enli yumurtavari, ellips və ya ensiz-ellips şəklində olub, uzunluğu 6–12 sm, eni 4–6 sm-ə çatır, cavan vaxtı hər iki tərəfdən tükcüklərlə örtülü olur. Saplaqları 0,5–1 sm uzunluqdadır. Mayda çiçəkləyir. Çiçəkləri 3,5–7 sm diametrində, qəhvəyi-qırmızı rəngdə olub, qoltuq zoğlarının uclarında yerləşir. Erkəkciklər 10–30 ədəddir, spiral şəklində yerləşmişdir. Tumurcuqlar çılpaq, qaramtıl dairəvi formalı, yarpağın əsası isə örtülmüş və ya açıq halda olur. Çiçəkyanlığının çoxsaylı yarpaqları ləçəkşəkilli, ensiz-xətvari, spiral şəklindədir. Meyvə yatağı 6–7 sm uzunluğunda olub, tərs yumurtavaridir, adətən yuxarıdan sıxılmış olur. Toxum, qələm və kolların bölünməsi ilə artır.

Məhsuldar, rütubətli torpaqlarda, günəşli yerlərdə normal böyüyüb inkişaf edir. Soyuğadavamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bakı, Gəncə, Zaqatala, Zərdabda və Kür-Araz ovalığında rast gəlinir.

Alkaloidləri olduğu üçün zəhərlidir. Xüsusilə ətirli çiçəklərinə görə çox qiymətlidir. Tək və qrup əkinlərində istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Beureria florida (L.) Kuntze
  • Butneria florida (L.) Kearney

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]