Buzlaq qazsoğanı (lat. Gagea glacialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Nadir növdür.
Buzlaq qazsoğanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Buzlaq qazsoğanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Soğanaq xırda, yumurtavari-kürəşəkilli, qabığı açıq bozumtuldur. İkinci soğanaq çox kiçikdir. Gövdəsi 5–10 sm hündürlükdə, kökətrafı yarpaqları ensiz-xətvaridır. 1,5–2 sm enində, çiçəkqrupundan uzun, çılpaq, yarımsilindrik formadadır, bəzən yarpaqları 2-dir. Çiçək qrupu az çiçəklidir, altdakı yarpaqları 2, bəzən 3-dür. Çiçəkyanlığının ləçəkləri 6 — uzunluğunda, neştərvaridir, küttəhərdir, daxili tərəfi sarı, xarici yaşılımtıldır. Erkəkcikləri çiçəkyanlığından demək olar ki, 2 dəfə qısadır. Qutucuğu uzunsov-yumurtaşəkillidir.
Alp və Subalp qurşaqlarındakı çəmənlərdə, əriyən dağların ətrafında. Çiçəkləməsi may, avqust aylarına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir. Geofit bəzək bitkisidir.
Böyük Qafqazın Quba və qərb hissələri, Kiçik Qafqazın mərkəzi, Naxçıvanın dağlıq hissəsi, Qapıcıq və Gəmiqaya dağlarında.
Antropogen amillərin mənfi təsiri azalma təhlükəsini yaradır.
Əhali tərəfindən yığılması və zoogen amillər.
Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yasaqlıqların yaradılması vacibdir.