Buzlaqarası (ing. interglacial) - Dördüncü dövrün iki buzlaq epoxası arasındakı müddət. Buzlaqarası mülayim enliyin buz örtüyündən azad olması, iqlimin istiləşməsi, qeyri buzlaq mənşəli çöküntülərin çökməsi (toplanması), istisevən fauna və flora nümayəndələrinin peyda olması ilə səciyyələnir.[1]