Cüneyt Şəfiq Ölçər (1 mart 1925[1], Ankara, Ankara vilayəti – 31 yanvar 1990[1]) — Türk numizmat və yazıçı. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb.[3]
Cüneyt Ölçər | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1925[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 1990[1] (64 yaşında) |
Təhsili | |
Fəaliyyəti | yazıçı, inşaat mühəndisi[d] |
Həyat yoldaşı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | numizmatika[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Cüneyt Ölçər 1925-ci ildə Ankarada anadan olub. Orta təhsilini Ankarada alıb. 1942-ci ildə Ali Mühəndislik Məktəbinə daxil olub. 1948-ci ildə İstanbul Texniki Universitetini bitirib. Daha sonra 9 il Avtomobil Yolları Baş İdarəsində çalışıb. Peşəsində təcrübə keçmək və ixtisası üzrə mütəxəssisləşmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilmişdir. Türkiyəyə qayıtdıqdan sonra isə əmlakçı olaraq çalışmışdır.[4]
Əmlakçı kimi çalışdıqdan sonra Bursa Sənaye Bölgəsi Müdiri, İllər Bankı Planlaşdırma Departamenti, Türkiyə İş Bankı İnşaat Əmlak İstanbul şöbəsi müdir müavini vəzifələrində çalışıb. 1976-cı ildə təqaüdə çıxan Ölçər 1980-ci ildə Mədəniyyət Nazirliyində Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin sədri vəzifəsində çalışıb.[5] Cüneyt Ölçər 1990-cı ildə vəfat edib.[6]
Evli olmuşdur, 2 övladı var.
Onun numizmatikaya marağı əskinas və sikkələrin toplanması ilə başlayıb. 1962-ci ildən bir çox ölkədə Osmanlı sikkələri üzərində işləmişdir.[7] 1970-ci ildə Türkiyə Numizmatik Dərnəyinin sədri seçilmişdir.[8][9][10]