Cuzeppe Anselmi (it. Giuseppe Anselmi; 16.noyabr.1876 İtaliya, Kataniya — 27.may.1929 İtaliya, Zoali) İtalyan opera müğənnisi (tenor)[1].
Cuzeppe Anselmi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İtaliya, Kataniya |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | İtaliya, Zoali |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | tenor |
Vikianbarda əlaqəli mediafayllar |
Anselmi bədii karyerasına skripkaçı kimi başlayır, Angelo Ferninin yanında Neapol (it. Conservatorio di San Pietro a Majella)-da təhsil alır və 13 yaşında ilk çıxışını edir. O, eyni zamanda vokal sənətinə həvəs göstərir. 1894-cü ildən etibarən (it. Luigi Mancinelli)-nin rəhbərliyi altında ifasını mükəmməlləşdirir.
1896-cı ildə Afinadakı Turiddu pariyasında ilk çıxışını etir (it. Pietro Mascagninin "Kəndli namusu")[2]. Elə həmin il Qahirə və İskəndəriyyədəki opera teatrlarında çıxış edir. Milandakı La Skala teatrında hersoq performansı (1904) Anselmini aparıcı (it. bel canto — «gözəl ifa») müğənnilərindən biri edir. Ancaq, onun ən böyük zəfərləri Sankt-Peterburq, Varşava və xüsusilə Madrid şəhərlərində baş verir, burada o hətta məşhur tenor Enriko Karuzonun populyarlığını kölgədə qoyur.
Anselmi İngiltərə, Rusiya, Portuqaliya, İspaniya, Argentinada qastrollarda olur. Anselminin səsi lirik istiliyi, tembrin gözəlliyi, düşüncəliliyi ilə qəlbləri fəth edirdi; ifası isə sərbəstliyi və səsləndirmənin tamlığı ilə seçilirdi.
Anselmi tez-tez dramatik rollara da üz tuturdu ki, bu da vaxtından əvvəl səsini itirməsinə səbəb olur[3]. Anselminin opera karyerası Birinci Dünya Müharibəsinin sonunda başa çatır; onun son məşhur çıxışları 1918-ci ildə olmuşdur.
O, orkestr üçün simfonik poema və bir neçə fortepiano pyesi yazmışdır[4]. Anselmi 1929-cu ildə İtaliyanın Liquriya əyalətindəki Zoali şəhərində sətəlcəmdən dünyasını dəyişir. O, Madrid şəhərinə dərin bağlılığını saxlamış və ürəyini bu şəhərə vəsiyyət etmişdir.