Cəbəl Hafit

Cəbəl Hafit (ərəb. جبل حفيت‎) — Əl-Əyn yaxınlığında, Birləşmiş Ərəb Əmirlikləri ilə Oman arasındakı sərhəddə yerləşən dağ[1]. Dağın bir hissəsi Oman ilə sərhədi təşkil edir. Ancaq zirvə BƏƏ ərazisindədir.

Cəbəl Hafit
ərəb. جبل حفيت ‎, ing. Jabal Ḥafiṫ
Ümumi məlumatlar
Dağ silsiləsi Həcər dağları
Mütləq hündürlüyü 1249 m
Nisbi hündürlüyü 43 m
Yerləşməsi
24°03′31″ şm. e. 55°46′39″ ş. u.HGYO
Ölkələr
Cəbəl Hafit xəritədə
Cəbəl Hafit
Cəbəl Hafit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəbəl Hafit 26 km uzunluğa və 4–5 km enə malikdir. Şimaldan cənuba doğru uzanır. Onun yamacları asimetrikdir və şərq yamacı daha sərtdir (25°-40°).

1249 metrə qədər yüksələn zirvədən şəhərin əsrarəngiz görünüşünü müşahidə etmək olur. Cəbəl Hafit bölgənin tarixi boyunca tanınmış bir məkan olmuşdur. hazırda isə məşhur turizm obyektidir. və müasir bir turist cazibə cəlbidir. Cəbəl Hafitin küləklərin təsirindən meydana gələn geniş təbii mağara sistemi vardır.

Onu bəzən BƏƏ-nin ən hündür zirvəsi kimi təqdim edirlər. Əslində isə əmirliyin ən hündür zirvəsi Ras-əl-haymada yerləşən 1925 m hündürlüyü olan Cəbəl Ceys zirvəsidir[2]. Hal-hazırda zirvəyə yol çəkilmişdir.

Zirvə müxtəlif dağ suxurlarından təşkil olunmuşdur. Burada müxtəlif dəniz canlılarının qalıqlarını müşahidə etmək olur. Cəbəl Hafit mağaralar sistemi ilə kəsilir. Bəzi mağaraların dərinliyi 150 metrdən artıqdır. Mağaralarda yaxşı qorunmuş stalaqmitlər və stalaktitlər var. Cəbəl Hafit yaxınlığında turistlər üçün cazibə mənbəyi olan "Green Mubazarrah" yerləşir. Burada bir neçə isti bulaq kiçik axınlarla axaraq göl meydana gətirir

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Dağda nadir Anvillea garciniiləri müşahidə etmək mümkündür.

Cəbəl Hafitin təbii meşələri bir çox canlılar üçün ideal yaşayış məskənidir. Burada tülkü, siçan, ilan, gəmirici və s. heyvanları müşahidə etmək mümkündür. Dağın yuxarı hissəsində yaşayan kiçik keçiyə bənzər Ərəb tarının 1982-ci ildə cəsədi tapıldıqdan sonra BƏƏ ərazisində nəslinin kəsildiyi düşünülürdü. Ancaq 1995-ci ildə bu canlılara burada rast gəlinib. Həmin vaxtdan bəri yerli ekoloqlar tərəfindən də nəslinin kəsilmədiyi qeydə alınmışdır. [3]Bioloji müxtəliflik sayəsində bölgədə 119 quş növünə rastlamaq mümkündür. Dağ və onun ətrafında 200 həşarat və 23 kəpənək növü yaşayır[4].

Ḥafeeṫ Mountain Road velosipedçilər üçün bir çağırışdır. Yanvar ayında yerli və xarici velosipedçilərin iştirak etdiyi "The Jaball Hafeet Mercure Challenge" yarışması təşkil edilir[5].

2015-ci ildən etibarən RCS Sport tərəfindən təşkil edilən Abu Dhabi Tour velosiped yarışının üçüncü mərhələsinin finişi burada baş tutur.

Dağın ətəyində 3200–2700 il öncəyəayid 500-dən çox qəbir tapılmışdır. Tikinti işlərinin nəticəsində şimal tərəfində olan məzarlar qismən məhv olarkən, cənub məzarları qorunmuş və nəzarət altında saxlanılmışdır. Qəbirlərdə olan skeletlərin bəziləri bürünc əşyalar və mirvarilərlə bəzədilmişdir[6]. Qəbirlərdə aşkarlanan digər əşyalar arasında Mesopotamiya keramikalarının aşkarlanması qədim ticarət əlaqələrindən xəbər verir.

1993-cü ildə müstəsna arxeoloji və tarixi dəyəri səbəbindən "Desert Park and the tombs" (Cəbəl Hafitdə daxildir) UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir[7].

  • Google Maps
  • "Fotoqalereya". pbase.com. İstifadə tarixi: 2016-04-28.
  1. Brian McMorrow, JabalHafeet Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine.
  2. "Drive Jebel Hafeet". 2017-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "AlShindagah Online". www.alshindagah.com. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  4. "Exploring Jebel Hafeet". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  5. "Jebel Hafeet Mountain Road". dangerousroads.org. 2011-03-29. 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26. (#redundant_parameters); (#redundant_parameters)
  6. "Jebel Hafit Tombs". 2009-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-23.
  7. "Cultural Sites of Al Ain (Hafit, Hili, Bidaa Bint Saud and Oases Areas)". 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)