Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixindən etibarən HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Cəbəliyyə qaçqın düşərgəsinin HƏMAS və digər silahlı qruplar üçün qala olduğunu iddia edərək orada həyata keçirdiyi aviazərbələr.[2][3][4]
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr | |
---|---|
Ümumi məlumatlar | |
31°32′14″ şm. e. 34°29′47″ ş. u.HGYO | |
Tarix | oktyabr 2023 |
Ölü sayı |
|
Törədən(lər) | İsrail Hərbi Hava Qüvvələri, İsrail |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzzənin sıx məskunlaşmış Cəbəliyyə düşərgəsində 31 oktyabrda həyata keçirilmiş aviazərbələr nəticəsində altmışdan çox insan həlak olmuş, bazarın çox hissəsi dağıdılmışdır.[5] Növbəti gün aviazərbə nəticəsində 45 nəfər həlak olmuş, yaşayış kompleksinin bir hissəsi dağıdılmışdır.
31 may 2024-cü ildə İDF Cəbəliyyədən geri çəkilmişdir. Fələstin rəsmiləri qaçqın düşərgəsinin 70%-nin dağıdıldığını bildirmişdir. İsrail hərbçiləri Fələstinin reaktiv yaylım atəşi sistemlərini və 10 kilometrdən çox yeraltı tunelləri məhv etdiyini, həmçinin yeddi israilli girovun cəsədini çıxardıqlarını elan etmişdilər.