Cəbəlkəndi (Ənzəl)

Cəbəlkəndi (fars. جبل كندی‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.

Cəbəlkəndi
37°51′37″ şm. e. 45°02′10″ ş. u.HGYO
Ölkə  İran
Əhalisi
Əhalisi 388 (2006) nəfər
Xəritəni göstər/gizlə
Cəbəlkəndi xəritədə
Cəbəlkəndi
Cəbəlkəndi

Bu kənd Urmiyadan 35 kilometr şimalda, Urmiya gölünün qırağında yerləşir. Son bir neçə ildə Urmiya gölündə suyun azalıb quruması bu kəndi tərpənən qumlar təhlükəsi ilə qarşılaşdırıb[1] ki, bu kəndi tərpənən qumlardan qorumaq üçün bir sıra tədbirlər görülüb ki, bunlara qum malçlama və qum təpələrinə hörmə baryerlərin quraşdırılması və bölgədə duz və su çatışmazlığına yüksək dərəcədə uyğunlaşan yerli fidanların əkilməsi daxildir.[2][3]

2006-cı il məlumatına görə kənddə 388 nəfər[4] yaşayır (84 ailə).

1949–1953-cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya sözlüyü"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایرانFərhəng-i cuğrafiya-yi İran)[5][6] verilən rəsmi məlumata əsasən Cəbəlkəndidə əkinçilik ilə məşğul olan 90 nəfər şiə inanclı Türk (Azərbaycan türkü) yaşayarmış.[7] Hal-hazırda kənd əhalisi bütünlükdə Azərbaycan türklərindən ibarətdir ki, əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar.[1]

  1. 1 2 "Urmiatablig". 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "farsnews". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "mehrnews". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "Farhang-i jughrāfiyāʼī-i Irān : ābādīhā". 2015-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Farhang-i ǧuġrāfiyāʼī-i Īrān". 2015-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "Abadis.ir". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)