Cəbrayıl Məmmədov

Cəbrayıl Məmmədov (1 iyun 1924, Cəbrayıl rayonu) — Azərbaycan Tibb Universitetinin “Terapevtik və pediatrik propedevtika” kafedrasının professoru, Respublikanın baş allerqoloqu, Tibb elmləri doktoru.

Cəbrayıl Məmmədov
Cəbrayıl Teymur oğlu Məmmədov
Doğum tarixi (77 yaş)
Doğum yeri Cəbrayıl rayonu, Şükürbəyli
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı profesor
Təhsili ali
Mükafatları Respublikanın «Əməkdar həkimi» (2000-ci il), «Əməkdar elm xadimi» (2010-cu il)

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmmədov Cəbrayıl Teymur oğlu 01 iyun 1946-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə - profilaktika fakultəsini bitirib. 1969-1972-ci illərdə Cəbrayıl rayonunda kənd xəstəxanasının baş həkimi işləmişdir. 1973-cü ildə ATİ-nin II daxili xəstəliklərin propedevtikası kafedrasında baş laborant, 1974-cü ildə assistent, sonradan dosent, professor işləmişdir. 1989- cu il tarixdən 11.VII.2013-cü il tarixə kimi II daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli 10 saylı qərarına əsasən “I Daxili xəstəliklərin propedevtikası”, “II Daxili xəstəliklərin propedevtikası” və “Uşaq xəstəliklərinin propedevtikası” kafedraları birləşdirilərək onların bazasında “Terapevtik və pediatrik propedevtika” kafedrası yaradılmış və müsabiqə yolu ilə 8.X.2013-cü il tarixdən kafedrada professor vəzifəsinə təyin edilmişdir

2000-ci ildə Respublikanın «Əməkdar həkimi», 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.

1979-cu ildə Tbilisidə "Allerqologiya və İmmunologiya" ixtisası üzrə tibb elmləri namizədi adı almış, 1985-89-cu illərdə Leninqrad şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə tibb elmləri doktoru, 1991-ci ildə isə professor adı almışdır.

Rəhbərliyi altında1996-2012-ci illər arasında 7 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru adı almış və hal-hazırda 2 nəfər fəlsəfə elmləri doktoru, 1 nəfər isə doktorluq dissertasiyası üzərində çalışır.

300-dən çox elmi əsərin, o cümlədən 3 dərsliyin, 1 monoqrafiyanın, 6 metodik tövsiyənin müəllifidir.

Azərbaycan Respublikasının baş allerqoloqu 1992-ci ildə ATU-nun II müalicə fakultəsinin dekanı olmuşdur. 1993-96-cı illərdə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Avropa Respiratorlar Cəmiyyətinin üzvü, Amerika Torakal Cəmiyyətinin üzvü, Beynəlxalq allerqoloqlar, immunoloqlar və immunoreabilitoloqlar cəmiyyətinin üzvü.

İstinadlar[redaktə | mənbəni redaktə et]