Cəbrayıl İbrahim oğlu Məmmədov (1910, Yaycı, Naxçıvan qəzası – 1976) — Sovet dövrü fəaliyyət göstərmiş azərbaycanlı iqtisadçı, dövlət və siyasi xadim.
Cəbrayıl Məmmədov | |
---|---|
oktyabr 1943 – aprel 1952 | |
Əvvəlki | Məmmədəli Rəhimov |
Sonrakı | Hüseyn Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 1976 |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Təltifləri |
1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının Yaycı kəndində anadan olmuşdur. 1939-cu ildən Kommunist Partiyasına üzv olmuşdur. 1934-cü ildən 1952-ci ilə qədər Ağcabədi rayonundakı maşın-traktor stansiyasında aqrotexnik, daha sonra Culfa rayonu Yaycı kənd məktəbində direktor vəzifələrində çalışmışdır. Bu vəzifəsindən sonra rayon təhsil şöbəsinin müdiri təyin olunmuş, burada bir neçə il çalışdıqdan sonra rayon Kommunist partiyası təşkilatının sədri vəzifəsinə təyin edilmişdir. O, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində də çalışmış, bundan başqa 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.[1]
İkinci Dünya müharibəsində iştirak etmiş və yaralanmışdır.
1976-cı ildə vəfat etmişdir.