Məmmədov
Məmmədov — geniş yayılmış Azərbaycanlı soyadı.
Vikipediyada
Məmmədov soyadlı müxtəlif adamlar haqqında aşağıdakı məqalələr var:
Bu soyadı olan tanınmış şəxslər
- Aydın Məmmədov (filoloq) (1944–1991) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi.
- Aydın Məmmədov (iqtisadçı) (1941–2001) — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (2001).
- Aydın Məmmədov (siyasətçi) (1939–2001) — General-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990).
- Aydın Məmmədov (paleontoloq) (1934–2020) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq.
- Aydın Məmmədov (tarixçi) (d. 1967) — Azərbaycan tarixçisi, demoqraf alim, tarix üzrə fəlsəfə doktoru, BDU-nun "Mənbəşünaslıq, Tarixşünaslıq və metodika" kafedrasının dosenti.
- Aydın Məmmədov (jurnalist) (d. 1967) — "Şəkinin səsi" qəzetinin həmtəsisçisi və baş redaktoru, "İpəkçi" qəzetinin baş redaktoru.
- Cəbrayıl Məmmədov (d. 1946) — Azərbaycan Tibb Universitetinin "Terapevtik və pediatrik propedevtika" kafedrasının professoru, Respublikanın baş allerqoloqu, Tibb elmləri doktoru.
- Gündüz Məmmədov (d. 1974) — Azərbaycan əsilli Krım Muxtar Respublikasının prokuroru.
- Havar Məmmədov (d. 1945) — Bakı Mühəndislik Universitetinin rektoru, İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015).
- İlqar Məmmədov (riyaziyyatçı) (d. 1971) — Riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri.
- İlqar Məmmədov (siyasətçi) (d. 1970) — Siyasətçi, rəsmi dövlət qeydiyyatından keçmiş Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, REAL-ın Siyasi Komitəsinin üzvü. Keçmişdə: AMİP-in sədr müavini, Respublikaçı Alternativ Hərəkatının qurucu üzvü.
- İlqar Məmmədov (hərbçi) (d. 1970) — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi.
- İlqar Məmmədov (idmançı) (d. 1965) — Azərbaycanlı qılıncoynatma ustası, rapiraçı.
- Leysan Məmmədov (d. 1963) — Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin direktoru, Əməkdar Mühəndis
- Maqbet Məmmədov (1937–2004) — Coğrafiya elmləri doktoru, professor.
- Məzahir Məmmədov (tarzən) (d. 1948) — Azərbaycanın Salyan rayonunda və eyni zamanda cənub zonasında tanınmış tar ifaçısı.
- Muxtar Məmmədov
- Sakit Məmmədov (rəssam) (d. 1958) — Azərbaycan Respublikasının xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü.
- Digər