Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Rzaquliyev Cəbrayıl Manaf oğlu (Ağacəbrayıl Rzaquluzadə, 1910–1974) — Azərbaycan jurnalisti, publisist, ensiklopedist-lüğətşünas, tərcüməçi, maarifpərvər.
Cəbrayıl Rzaquliyev | |
---|---|
Rzaquliyev Cəbrayıl Manaf оğlu | |
Digər adı | Ağacəbrayıl Rzaquluzadə |
Doğum tarixi | |
Doğum yeri | Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi, Azərbaycan Dövlət Tibb İnstitutu |
Fəaliyyəti | jurnalist |
Bakının Pirşağı kəndində ruhani və maarifpərvər ailəsində doğulmuş, dini təhsilini atasından və kəndindəki mollaxana-mədrəsədə almış, orta məktəbi Bakıda bitirmişdir. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və Tibb İnstitutunun əczaçılıq fakültələrinin məzunudur. Əmək fəaliyyətinə, əsasən, 20–30-cu illərdə provizor, aptek müdiri kimi başlamış, sonrakı illərdə mətbuat və nəşriyyat sahələrinə keçmişdir. 1930-cu illərdən 1974-cü ilədək "Gənc işçi", "Azərbaycan pioneri", "Bakinski raboçi" qəzetlərində, "Göyərçin" jurnalında, Azərbaycan Dövlət Nəşriyyatında, "Uşaqgəncnəşr"də, Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatında (indiki "Maarif"), sabiq marksizm-leninizm institutunun redaksiya-nəşriyyatında, Azərbaycan Informasiya Bürosunda müxtəlif vəzifələrdə – texniki redaktor, tərcüməçi, redaktor, direktor müavini, baş redaktor və direktor işləmişdir. 1966-cı ildən ömrünün sonlarınadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında şöbə və redaksiya müdiri, məsul katib vəzifələrində çalışmış, 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın sözlüklərinin hazırlanması, məqalələrinin yazılışı və nəşri sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanda mətbuat, nəşriyyat, poliqrafiya, ensiklopediya və lüğət nəşri sahələri üçün çoxlu sayda kadr hazırlamışdır.
Bir çox tərcümənin, elmi-bədii və publisistik əsərin müəllifidir.