Cəfər əl-Əskəri

Cəfər əl-Əskəri (tam adı: Cəfər Mustafa İbn Əbdürrəhman əl-Əskəri, digər adı: Cəfər paşa d. 1887, Bağdad - ö. 30 oktyabr 1936, Bağdad) — İraqlı zabit və dövlət adamı.

Cəfər əl-Əskəri
ərəb. جعفر العسكري
Doğum tarixi 15 sentyabr 1885(1885-09-15)[1]
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 1936(1936-10-30) (51 yaşında)
Vəfat yeri
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti siyasətçi, əsgər
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci dünya müharibəsi sırasında və savaşdan sonra, milliyətçi Ərəb hərəkatlarında önəmli rol oynamış, 1921-ci ildə qurulan İraq krallığının ən başdan bəri dəstək olmuş və xidmət etmişdir.

Bağdadİstanbulda təhsil alan Cəfər əl-Əskəri, 1909-cu ildə Osmanlı ordusunda vəzifə aldı. Bacarıqlı, dil sarıdan bilgili və istedadlı bir şəxs kimi diplomatiya meydanında uğur qazandı. Birinci dünya müharibəsi sırasında, 1915-ci iltdə, Osmanlı ordusuna qatılmaq üzrə Sirenaykaya (Berka) getdi. Orada yaralandı, İngilislərə əsir düşərək Qahirəyə götürüldü. Osmanlıların, Suriyadakı Ərəb milliyətçilərinə basqı uyğulaması görə, İngilislərin də dəstəyiylə Osmanlılara baş qaldıran Məkkə əmiri Hüseyn bin Əliyə qatıldı. 1916-cı ildə Hüseyinin ordusunu təşkilatlandıraraq başına keçdi. Osmanlılara qarşı yürüdülən üsyanda, əqrabası və ömür boyu can yoldaşı olan Nuri Səid paşa da onun yanında yer aldı. 1916-18 Hicaz və Suriya səfərlərində Hüseynin oğlu Əmir Feysələ Ordu komandanı olaraq önəmli xidmət etdi. 1918-20-ci illər arasında isə Suriyada, Feysəl öndərliyinde qurulan Ərəb dövlətində Hələb valisi oldu və başqa önəmli vəzifələr aldı.

Fransızların əskəri müdaxiləsiylə bu dövlətin yıxılmasından sonra Feysəl, İngilislərin dəstəyiylə I Feysəl adıyla İraq kralı oldu. Buna görə İrağa geden Cəfər əl-Əskəri, Böyük Britaniya təmsilçisi Sir Percy Coxun denetimindeki ilk İraq hökumətində müdafiə nazirliyinə gətirildi. Vəzifəsi sırasında irəlidə "atası" olaraq anılacağı İraq ordusunu qurdu. avqust 1921-ci ildə isə yeni krallığın qurucuları arasında yer aldı.

1936-cı ildə Bakr Sidki öndərliyinde Bağdadda üsyan edən əsgərlər tərəfindən öldürülüncəyədək, bir çox dəfə nazirlik, baş nazirlik və səfirlik vəzifələrində çalışdı.

  1. Ja'far al-'Askari // Encyclopædia Britannica (ing.).