Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı – 26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi.
Cəfər Behbudov | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Kiyev, Ukrayna |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan→ Ukrayna |
Anası | Nəcibə Behbudova |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir.[1]
Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı.[1] Eyni zamanda Cəfər Behbudov "İnan mənə", "Bəhanə kimiyəm","Gözlərəm səni","İlk görüş", "Sevgi yağışları","Köhnə həyat", "Aya bax,aya","Sehirli ləpələr","Yağış","Sevgilim","Harda qalmısan","Sevgi","Azərbaycan süfrəsi","Bir qolun sevinci","Ümid çələngi","Səni gördüm","Dağlar","Qoşa qəlbin təranəsi" və başqa şərqilərin ilk ifaçısı olmuş,bu kimi repertuarları ilə dinləyicilərinin rəğbətini qazanmışdı.
Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır. Cəfər 26 sentyabr 2019-cu ildə Kiyevdə xərçəng xəstəliyindən vəfat etmiş və öz vəsiyyəti ilə orada da dəfn olunmuşdur.[2]