Cəmilov Cəfər İsaq oğlu (25 may 1958, Yeni Daşkənd, Bərdə rayonu – 18 sentyabr 1993, Ağdam rayonu) — hərbçi, şəhid.
Cəmilоv Cəfər | |
---|---|
Cəmilоv Cəfər İsaq оğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 may 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 18 sentyabr 1993 (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Cəmilоv İsaq |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Döyüşlər |
25 may 1958-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində, 1975–1980-ci illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində oxumuşdur.[1]
1980-ci ildə Ağdam İslah Əmək Kaloniyasında leytnant kimi kalon briqadiri olmuşdur.[2]
28 may 1992-ci ildə Bərdə RHK-ndan Milli Orduya çağırılmışdır. Baş leytenant, 708-ci hərbi hissənin taqım komandiri Cəfər Cəmilov 18 sentyabr 1993-cü ildə Ağdam rayonunda həlak olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.[3]
1984-cü ildə ailə həyatı qurmuşdur. Övladı olmamışdır.[4]