Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Cəfər xan Zənd (XVIII əsr, Məlayer, Həmədan ostanı – 23 yanvar 1789, Şiraz) — Zəndlər sülaləsindən, 18 fevral, 1785-ci ildən 23 yanvar 1789-cu ilədək hakimiyyətdə olmuş hökmdar.
Cəfər xan Zənd | |
---|---|
Cəfər xan ibn Sadıq xan Zənd | |
Doğum tarixi | XVIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 23 yanvar 1789 |
Vəfat yeri |
|
Uşağı | |
Atası | Sadıq xan Zənd |
Fəaliyyəti | monarx |
Tarixçi Xosrov ibn Məhəmməd Bəni Ərdalan yazır: "1201-ci (1786/1787-ci) ildə Ağaməhəmməd xan Astrabaddan çıxış etməyə başlayır, onun xoşbəxtlik ulduzu doğur. Cəfər xan Zənd özünü hökmran elan edib, İsfahanda taxta əyləşir və cəsarət bayrağını ucaldır. Ağaməhəmməd xanın gəlişini eşidib, güc-bəla ilə Farsa qaçır. Ağaməhəmməd xan az zaman ərzində bütün İraqi-Əcəmə yiyələnir. O, Həmədana gəlib, Xosrov xanla görüşmək istəyir. Xosrov xan öz öhdəliyini xatırlayıb, onun atası Məhəmmədhəsən xanın xeyrxahlığını və comərdliyini yadına salıb, hansı ki, yuxarıda qeyd edilmişdi, görüşmək qərarına gəldi".[1]
1786-cı ildə Ağaməhəmməd xan Qacar özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır. 23 yanvar 1789-cu ildə, orada sui-qəsd qurbanı olur. Sui-qəsdin ilhamvericisi Seyid Murad хan idi.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |