Cəfərabad (Şəki)

CəfərabadAzərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd.[2]

Kənd
Cəfərabad
41°01′24″ şm. e. 47°09′43″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1.937 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5516[1]
Xəritəni göstər/gizlə
Cəfərabad xəritədə
Cəfərabad
Cəfərabad

Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib[3]. Antropotoponimdir.

Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.