Cəfərqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacar (?-?)—Qacarlar dövlətinin qurucularından, Ağaməhəmməd şah Qacarın qardaşı.
Məhəmmədhəsən xanın beşinci oğlu Cəfərqulu xan (anası Məhəmməd xan İzzəddinli-Qacarın qızı idi) Astrabad yörəsində doğulmuşdu. Qardaşı Ağaməhəmməd xana xidmət etmişdi. Xəmsə hakimi Zülfüqar xan Əmirli-Avşarı məğlub etmişdi. Lahicanın valisi idi.