Astrabad bəylərbəyliyi

Səfəvilər dövlətinin bayrağı
və gerbi

Astrabad bəylərbəyliyiSəfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Əyalət
Astrabad bəylərbəyliyi
Bayraq
Bayraq
 
 

Paytaxt Astrabad
Rəsmi dilləri Azərbaycan dili, mazandaran dili
Bəylərbəyi
 • 1513-1527 Zeynal xan Şamlı  (ilk)
Tarixi
 • 1501 Yaranması
 • 1736 Səfəvilərin sonu


Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər.

Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.[1] Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.[2]

Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər. 1535-1536-cı illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı şəkli alırdı.

1550-ci ildə Astrabad ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə (Aba xaincəsinə öldürüldükdən sonra) üsyan yatırıldı.[3]

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
  1. Həsən bəy Rumlu, Əhsən ət-təvarix, səh. 196.
  2. Həsən bəy Rumlu, Əhsən ət-təvarix, səh. 201-202.
  3. İskəndər bəy Münşi, Tarixi-aləm-arayi-abbasi, Bakı, Təhsil, 2009

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]