Cəhənnəm qapıları (fr. La Porte de l'Enfer) – fransız heykəltaraş Ogüst Rodenin italyan şair Dante Aligyerinin poeması "İlahi Komediya"nın ilk hissəsi olan "Cəhənnəm"dən bir səhnəni təsvir edən monumental əsəri. Heykəlin hündürlüyü 6, eni 4, dərinliyi isə 1 metrdir. Əsərin üzərində 180 fiqur var. Fiqurların tutduğu sahə 15 santimetrdən 1 metrə qədər dəyişir. Onların bir neçəsi Roden tərəfindən qəlibləşdirilib.
1880-ci ildə Roden özünün başlıca sifarişini – məşhur "Cəhənnəm qapıları"nı yaratmaq tapşırığını aldı. Bu həlledici an idi – sifariş sübut edirdi ki, fransız rəsmi dairələri heykəltaraşlıqdakı yaradıcı cəhdlərə o qədər də düşmən deyildir. Bu özünü həmçinin rəssamlıqda da dəfələrlə göstərmişdi. Ona verilən tapşırıq Dantenin "İlahi komediyası" mövzusunda dekorativ həllin dizaynını vermək idi.[1] Bu Dekorativ Sənətlər Muzeyinin qapısı üçün nəzərdə tutulurdu. O, işi 1884-cü ildə başa çatdırmaq təklifi ilə razılaşdı. Lakin bunu edə bilmədi.
Dekorativ Sənətlər Muzeyi heç vaxt inşa edilmədi. Buna görə də sifariş ləğv edildi, lakin Roden bu əsəri hazırlamaqdan əl çəkmədi. O, bu proyekt üzərində Biron hoteli adlandırılan malikanənin birinci mərtəbəsində yaratdığı atelyedə işləmişdir. Ömrünün sonlarına yaxın Roden heykəl və eskizlərini və onları çoxaltma haqqını Fransa hökumətinə verir. Roden bu əsəri başa çatdıra bilmir. O, 37 il müddətində müxtəlif fiqur və relyeflər hazırlayır, lakin bu işi axıra çatdıra bilmir. Ölümündən sonra bunlar toplanır və birləşdirilir.[2] 1919-cu ildə Hotel Biron Roden muzeyinə çevrilir və əsərin orijinalı da bu muzeydə saxlanılır
Səsləyirəm mən sizi səfillər aləminə,
Səsləyirəm əsrlik nalələrin içindən,
Səsləyirəm məhv olan nəsillər aləminə.
Həqiqətdən ilhama gəlib məni xəlq edən;
Ən ali qüvvə ilə, ən yüksək zəka ilə,
Bir də ilk məhəbbətlə dünyaya gəlmişəm.
Təkcə əbədi məxluq düşür məndən əvvələ,
Mən əbədiyyətlə də olacağam bərabər,
Bura girən, heç nəyə ümid etmə bir gilə
Rodenin layihəni icra edərkən 1880-ci ildəki ilk eskizlərində o, bir prototip – Florensiyadakı Baptisteriya kilsəsi üçün Lorentso Giberti tərəfindən yaradılmış qərb qapıları, digər adı ilə "Cənnətin qapıları"nın təsirinə məruz qalmışdı. Bu qapılar 15-ci əsrdə düzəldilmişdi və Əhdi-Ətiqdəki fiqur və səhnələri təsvir edirdi. Onun seçimi başa düşülən idi, çünki bu böyük italyan heykəltaraşı antik sənətə dərindən valeh olmuşdu. Onun dönüşündə bu heç də az başa düşülən deyildi ki, Roden özü bu köhnə rəssamın dəstəyini aramışdı. O, Gilbertini Parisin özündə xatırlayırdı, onun əsərində Bibliya mövzularının səkkiz tarixi barelyefi nəqş olunmuşdu. Həmin adamlar mərkəzdə yerləşdirilmiş fiqurun ətrafına toplaşmışdı.
Rodenin başqa ilham qaynaqları isə Mikelancelonun "Qiyamət günü" freskası, Ejen Delakruanın "Dantenin yelkənli gəmisi" rəsm əsəri, Balzakın "Bəşəri komediya" əsəridir. Balzakın "Bəşəri komediya"sı bir neçə müstəqil romandan ibarət olduğu kimi, Rodenin bu əsəri də sonralar müstəqil mövcudluğa yiyələnəcək çox sayda heykəllərin yaranmasına səbəb olmuşdu.[3][4]
Fransanın Le Matin qəzetində əsər haqqında bir məqalədə o deyirdi: "Bir il boyunca Dante ilə yaşadım, yalnız onunla birlikdə onun Cəhənnəminin səkkiz dairəsini çəkdim. İlin sonunda fərqinə vardım ki, çəkdiyim Danteyə olan vizyonumu yaratsa da, gerçəklikdən çox uzaq idi. Və mən beləcə hər şeyə yenidən təbiətdən, öz modellərimdən başladım."[5]