Soumaya muzeyi — Meksikalı memar Fernando Romero tərəfindən hazırlanmış Meksikada yerləşən özəl muzey. Bu qeyri-kommersiya təşkilatıdır və Mexiko şəhərində iki binası yerləşir-Plaza Karso və Plaza Loreto. Muzeydə 30 əsri əhatə edən, o cümlədən Kolumbdan əvvəlki Amerika dövrünə , 19-20-ci əsr Meksika incəsənətinə aid heykəllər və Oqust Rodin, Salvador Dali, Bartolome Esteban Murillo və Tintoretto kimi antik və müasir qərb incəsənət ustalarının geniş repertuarları da daxil olmaqla 66000-dən çox əsər saxlanılır. Muzey öz növünün ən mükəmməl kolleksiyalarından biri hesab olunur.[3][4] Soumaya muzeyi 1999-cu ildə vəfat edən və binanın banisi olan Karlos Slimin həyat yoldaşı Soumaya Domitin şərəfinə adlandırılmışdır.[5] Bina 2013-cü ildə 1 095 000 nəfər qonaq qəbul edərək Meksikada birinci və həmin il dünya üzrə 56-cı ən çox ziyarət olunan muzey oldu.[6] 2015-ci ilin oktyabr ayında muzey öz beş milyonuncu ziyarətçisini qəbul etdi.[7]
Soumaya muzeyi | |
---|---|
Museo Soumaya | |
| |
Əsası qoyulub | 1994 |
Açılış tarixi | 29 mart 2011 |
Təsisçi | |
Mövzu | İncəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Nuevo Polanso, Mexiko şəhəri |
Kolleksiyası | 66000+ |
Ziyarətçi sayı | 1.1 milyon (2013) |
Direktor | Alfonso Miranda |
Muzeyə yetişmək | Polanso metrosu, Linea 7 |
19°26′26″ şm. e. 99°12′17″ q. u.HGYO | |
soumaya.com.mx | |
Vikianbarda əlaqəli mediafayllar |
Soumaya muzeyi 66000-dən çox incəsənət əsərindən ibarət olan kolleksiyaya sahibdir. İncəsənət nümunələrinin əksəriyyəti 15-20-ci əsrə aid avropalıların işlərindən ibarətdir. Muzeydə həmçinin Meksika incəsənəti, dini əmanətlər, tarixi sənədlər və qədim dəmir pullar saxlanılır.[8] Muzey Kolumbdan əvvəlki və müstəmləkə dövrünün sikkələrinin ən böyük kolleksiyasını özündə ehtiva edir.[5] Muzeydə həmçinin Oqust Rodinin Fransadan kənardakı heykəllərinin hissələri və onun sənət dünyasının ən böyük özəl toplusu mövcuddur.[9] Slim Rodinin əsərlərindən və heykəl hissələrindən ibarət 380 eksponata malikdir. İncəsənət dünyası haqqında bildiklərində böyük rolu olan mərhum həyat yoldaşı Rodinin əsərlərinin böyük vurğunu olmuşdur.[5] Rodindən əlavə, Salvador Dali, Pablo Pikasso, Leonardo da Vinçi, Pier Oqust Renoir, Joan Miro, Anri Matiss, Klod Mone, Bartolome Esteban Murillo, El Qreko və Tintoretto kimi bəzi tanınmış Avropa rəssamlarının əsərləri də burada nümayiş olunur.[8] Muzeydə mövcud olan ən dəyərli incəsənət əsəri Leonardo da Vinçi dairəsinin nümayəndəsi tərəfindən hazırlanan Madonna Yarnvinderin versiyası hesab olunur. Eyni rəsmin digər versiyası £30 milyon dəyərində hesablanmışdır.[5]
Muzeydə Dieqo Rivera və Rufino Tamayo kimi bir sıra meksikalı incəsənət nümayəndələrinin də əsərləri nümayiş olunur.[9] Muzeyin direktoru Soumaya muzeyindəki ümumi incəsənət nümunələrinin dəyərinin $700 milyon olmasını iddia edir.[5]
Alfonso Miranda öz yanaşmasını təsvir edərək bildirib ki, muzeydə olanlar qərb incəsənətinin təkrarı deyil və sahib olduqları əşyaların yeni versiyasıdır[8]. Muzeydə daha əvvəllər Latın Amerikasında nümayiş edilməyən Avropa incəsənət nümunələri mövcuddur. Muzeyin kolleksiyasına 15-20-ci əsrlərin bir çox tanınmış Avropa rəssamları, o cümlədən Oqust Rodin və Salvador Dalinin hazırladığı heykəllərin geniş kolleksiyası daxildir.
Karlos Slim 1980-ci illərdə Rodinin hazırladığı heykəllərin böyük bir hissəsini muzeyə gətirdi və bundan sonra bir çox nümunələrin dəyərini sürətlə yüksəldi.
Slim Rodinin 100-dən çox əsərini muzeydə topladıqdan sonra bəzi tənqidçilər onu ittiham edərk bildirdilər ki, o, bir gözəllik vurğunundan daha çox münasib alış-veriş həvəskarıdır.[8]
Soumaya muzeyinin orijinal binası 1994-cü ildə açılan və Mexiko şəhərinin cənub hissəsində Plaza Loreto olmuşdur. Yeni bina olan Plaza Karso 2011-ci ildə Nuevo Polanso küçəsində açılmışdır.
Maqdalena çayının yaxınlığında inşa edilən muzeyin birinci binası 15-ci əsrdə konkisador Hernan Kortesin enkomiendasının bir hissəsi olan məkanda idi. Onun oğlu Martin Kortes ərazidə su dəyirmanı quraşdırdı və daha sonralar 19-cu əsrdə bu su dəyirmanı parça dəyirmanı ilə əvəz edildi. 1905-ci ildə mexanizmdə yanğın abş verdi və bunun nəticəsi olaraq 1905-ci ilin oktyabr ayının 13-də onun sahibləri müəssisəni Alberto Lenzə satdılar. 1906-cı ildə Lenz bu material dəyirmanının adını Fábrica de Papel de Loreto y Peña Pobre kimi dəyişdi və plazanın hazırkı adı buradan götürülmüşdür.[10]
1980-ci illərdə, baş vermiş digər yanğın hadisəsi mexanimin böyük bir hissəsini məhv etdi və əməliyyatlar Tlaskala ştatına köçürüldü. Bu hadisədən sonra Grupo Karko şirkəti binanın xarabalıqlarını yenidən bərpasına başladı və binanın indiki ərazisində rəsmi olaraq 1994-cü ildə əsası qoyulan bina inşa edildi.[11] 1996-cı ildə muzey Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura tərəfindən mədəni irs kimi tanındı. Muzeyin binası hər biri xüsusi mövzuları özündə əks etdirən dörd fərqli otaqdan ibarətdir: Avropa və Meksika peyzajı, Rodin dövrü, Meksika təqvimləri, müvəqqəti sərgilər.[11] 2014-cü ildə, muzeyin 149-cu ildönümü münasibətilə muzeydə Avropa peyzajının sərgisi keçirildi, sərgidə Pier-Antuan Demaxi, Klaes Molenear və Just Çarlezin əsərlərindən ibarət 50 eksponat nümayiş edildi. Bu eksponatlardan 24-ü satın alındı.[12]
2011-ci ildə, muzeyin əsas kolleksiyası şəhərin şimalında Plaza karso ərazisində inşa edilən və 16000 m2 sahəsi olan yeni binaya köçürüldü.[13]
Bina 46 metr hündürlüyündə altı mərtəbədən ibarətdir və 16000 altıbucaqlı alüminium plitələr ilə əhatə edilmişdir.[8][9] Binanın layihəsində istifadə edilən alüminiumu da həmçinin Karlos Slimə məxsus bir şirkət təchiz edib. Yeni binanın memarı Karlos Slimin qızı ilə evli olan Fernando Romero idi.[8][13] Binanın inşası üçün 70 milyon dollar məvacib sərf edilmişdir. Muzeyin geniş ağ qalereyaya açılan dar bir girişi var.[8] Binanın üst qatı açıqdır və beləcə o gün ərzində günəş işığını əks etdirir. İncəsənət qalereyaları ilə yanaşı, yeni binada kitabxana, restoran və 350 yerlik tamaşaçı salonu da yerləşir.[13]
Slim və Romero binanın dizaynını geniş müzakirə etdilər. Hətta ailə toplantıları zamanı da tikinti detallarının planlaşdırılması üzərində də mübahisə edirdilər. Romero binanın layihə memarı seçilməzdən öncə, bir neçə beynəlxalq mükafat qazanmışdı.[8][9] Muzeyin altı mərtəbəsinin hər birinin fərqli forması var.[8] Döşəmələr Yunanıstandan idxal edilən yüksək keyfiyyətli mərmərdən hazırlanmışdır.[5]
Soumaya muzeyinin yeni binası fevral ayının 28-i, 2011-ci ildə təntənəli lent kəsmə mərasimini keçirildiyi böyük VİP qala gecəsində rəsmi açılış etdi. Lentkəsmə mərasimində iştirak edən tanınmış qonaqlara Felip Kalderon, Qabriel Qarsia Markez, Evelin Robert de Rotsild və Leri Kinq də daxil idi.
Yeni bina mart ayının 28-i 2011-ci ildə ictimaiyyətə açıq elan edildi. Binaya giriş hal-hazırda pulsuzdur və əməliyyat xərcləri Slimin sərvəti ilə qarşılanır.[8]
Muzey Nuevo Polansoda Plaza Karso adlı ərazidə yerləşir. Bu layihə də Karlos Slim tərəfindən inşa edilmişdir və bir neçə göydələnlər kimi onun şirkətlərinin bir hissəsi burada yerləşir. Bütün layihənin dəyəri 800 milyon dollar həcmindədir.[8]
Meksikanın prezidenti Felip Kalderon muzeyi “Meksikalıların bütün zamanların ən böyük ustad şəxsiyyətləri haqqında öyrənə biləcəyi məkan” kimi yüksək qiymətləndirib.[8] Slim özü isə muzeyi onun Mexiko şəhərinin “humanizm paytaxtı” kimi mövqeyinin artırılmasında bir cəhdi kimi təsvir edib.[8] O, qeyd edib ki, bir çox meksikalılar Avropada yerləşən incəsənət kolleksiyalarını görmək üçün səyahət etmək imkanına malik olmadıqları üçün Meksikanın özündə Avropa incəsənətinin görkəmli nümunələrinin kolleksiyalarını nümayiş etdirmək mühümdür. Leri Kinq kimi bəzi şərhçilər qeyd edib ki, muzey ABŞ-dən Mexiko şəhərinə daxil olan ziyarətçilərin də sayının artmasına səbəb olacaqdır.[9]