Cəmilə Əsədova

Cəmilə Əbülfəz qızı Əsədova (6 mart 1964, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.1 saylı "Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının Aparıcı elmi işçisi.[1][2]

Cəmilə Əsədova
Cəmilə Əbülfəz qızı Əsədova
Doğum tarixi (60 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi riyaziyyatçı
Elmi dərəcəsi riyaziyyat üzrə fəlsəfə doktoru
İş yeri AMEA-nın İdarəetmə Sistemləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi
www.isi.az

Cəmilə Əsədova 6 mart 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1986-ci ildə oranı fərqlənmə diplomu ilə riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1986-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, sonra elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 2012-ci ildə o, "Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri" ixtisası üzrə AMEA-nın müxbir üzvü, professor K.R.Ayda-zadənin rəhbərliyi altında "Boru nəql sistemlərində keçid proseslərinin tədqiqi və optimal idarə edilməsinin ədədi üsulları" mövzusunda dissertasiya işini müdafiə etmiş və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. BDU-da ali riyaziyyatdan dərs deyir. Hazırda AMEA İdarəetmə Sistemləri (Kibernetika) İnstitutunda "Determinik sistemlərdə qərar qəbul etmənin ədədi üsullari" laboratoriyasının aparıcı elmi işçısı vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

C.Ə. Əsədova 42 elmi əsərin və 1 monografiyanın müəllifidir. Məqalələrin bir neçəsi Science Citation Index siyahısına daxil olan jurnallarda (məsələn, «Автоматика и телемеханика», "Turkic World Math. Society Journal of Pure Appl. Math." və s. ) dərc olunmuşdur.

C.Ə. Əsədova Respublikada və xaricdə keçirilən elmi konfranslarda fəal iştirak edir. Təkcə 2015-ci ildə o, 3 beynəlxalq konfransda: Qazaxstanda «Актуальные проблемы математики и математического моделирования» (Almata), Bakıda COİA-2015 və Montenegroda OPTİMA-2015 (Petrovaç) keçirilən konfranslarda iştirak etmiş və COİA 2015 konfransında "Control and optimization" seksiyasinin katibi olmuşdur.

O, bir neçə qrantın, o cümlədən, 2010-2011-ci illərdə Azərbaycan Respulikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Elmin İnkişafı Fondu (Azərbaycan)) dəstəklədiyi layihənin (EIF-2010-1(1)-40/11 №li layihə) fəal iştirakçılarından biri olmuşdur. C.Ə. Əsədovanın aldığı son elmi nəticələr 2012-2013-cü illərdə AMEA-nın Fizika-riyaziyyat va texnika elmləri bölməsinin hesabatına daxil edilib. Əsas elmi istiqamət – optimallaşdırma, optimallaşdırmanın ədədi üsulları, optimal idarəetmə (əsasən boru nəql sistemlərində optimal idarəetmə məsələləri), informatika.

Əmək və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi əsərlərin sayı

[redaktə | mənbəni redaktə et]
  • Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 40
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı: 14
  • Respublikada çıxmış elmi əsərlərinin sayı: 26
  • Konfrans məruzələri və tezislər sayı: 27

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Boru kəmərinin xətti hissəsində qeyri-stasionar rejimlərin qərarlaşması məsələlərinin ədədi həll alqoritmlərinin verilməsi və keçid proseslərinin qərarlaşma vaxtının onların parametrlərindən asılılığının tədqiq olunması;
  2. İdarəedici təsirlərə müxtəlif siniflərdə (hissə- hissə kəsilməz, hissə- hissə sabit və s.) baxmaqla və texnoloji xarakterli məhdudiyyətlər nəzərə alınmaqla keçid rejimlərinin optimal idarəetmə məsələlərinin müxtəlif qoyuluşları üçün ədədi həll alqoritmlərinin işlənilməşi;
  3. Keçid proseslərinin realizasiyası üçün optimal zamanın prosesin parametrlərindən, mümkün idarəetmə siniflərindən və idarəedici təsirlər və faza dəyişənləri üzərinə qoyulan məhdudiyyətlərdən asılılığının keyfiyyət analizi aparılması;
  4. keçid proseslərinin optimal idarəedilməsi məsələlərinin ədədi həlli üçün riyazi və proqram təminatı hazırlanması;
  5. Ayrılmayan sərhəd şərtlərinə malik üç nöqtəli diskret tənliklər sisteminin ədədi həll üsulunun təklif olunması.

Əsas elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. Айда-заде К.Р., Асадова Д.А. "Об одной задаче управления переходными процессами в нефтепроводах" // Известия НАНА, сер. физ.-тех. и мат. наук, т. XXVI, № 2, 2006, с.3-7.
  2. Асадова Д.А. "Численное исследование процесса установления для волнового уравнения с дисперсионным членом" // Известия НАНА, сер. физ.-тех. и мат. наук, т. XXVII, № 2-3, 2007, с.85-90.
  3. Айда-заде К.Р., Асадова Д.А. "Численное решение задачи оптимального управления переходными режимами при транспортировке углеводородного сырья по магистральным трубопроводам" // Известия НАНА, сер. физ.-тех. и мат. наук, 2008, т.XXVIII, № 3, с.82-88.
  4. Айда-заде К.Р., Асадова Д.А. "Анализ различных режимов управления переходными процессами в нефтепроводах" // Вестник Казахского Нац. Унив. им.Аль-Фараби, 2009, № 5 (64), с.110-113, Алматы, Казахстан.
  5. Aсадова Д.А., Касумов К.Г. "Коэффициентно-обратные задачи на гидравлических сетях" // Известия НАНА, сер. физ.-тех. и мат. наук, т. XXX, № 6, 2010, с.26-33.

43 qədər elmi iş çap olunub, o cümlədən:

  1. To the solution of independent system of second order hyperbolic equations with combined non-local boundary conditions // Proc. of the Intern. conference on actual problems of mathematics and informatics (APMI’2013), Baku, 2013, с.249-250;
  2. Численный метод расчета больших систем независимых дифференциальных уравне-ний, связанных краевыми условиями // Мат. V Межд. Конф. «Математика, ее приложения и математическое образование» (МПМО-2014), 24-28.06.2014, Улан-Удэ, с.31-33; соавтор Ашрафова Е.Р.;
  3. Численное решение системы независимых трехточечных дискретных уравнений с неразделенными граничными условиями // Известия НАНА, сер. физ.-тех. и мат. наук, т. XXXIV, № 6, 2014, с.20-28;
  4. Numerical investigation of constrained optimization of transient processes in oil pipelines // Turkic World Math. Society Journal of Pure Appl. Math., Vol. 5, No.2, 2014, pp. 171–184; co-author K. R.Aida-zade;
  5. Оптимальное управление переходными процессами в трубопроводах // Palmarium Academic Publishing 2014, 139 c; соавтор К.Р. Айда-заде;
  6. Численный подход к исследованию нестационарных процессов в трубопроводах сложной закольцованной структуры // Мат. межд. науч. конференции «Актуальные проблемы математики и матем. моделирования», Алматы, 2015, с.230-232;
  7. Numerical solution of a system of independent three-point discrete equations with non-separated boundary conditions // Proceedings of IAM, v. 4, № 1, 2015, pp. 58–69;
  8. Investigation of transient processes in trunk pipelines with intermediate pumping stations // Book of abstracts of the "5th Intern. Conf. on Control and Optimization with Industrial Applications" (COIA-2015), Baku, 2015, p. 46-49;
  9. Control of the oscillatory process by means of lumped sources // Proceedings of "VI Intern. Conf. on Optimization Methods and Applications" (OPTIMA-2015), Montenegro, 2015, p. 22-24; co-author K.R.Aida-zade;
  10. Численное исследование задачи быстродействия при управлении колебательными процессами краевыми и промежуточными сосредоточенными управляющими воздействиями // Известия НАНА, сер. физ.-тех. и мат. наук, т. XXXV, № 6, 2015, с.22-35; соавтор К.Р.Айда-заде;
  11. Численное исследование переходных процессов в трубопроводных системах с промежуточными насосными станциями // Матер. межд. научно-практической конференции «Инновационные технологии в нефтегазовой отрасли», Ставрополь, 2015, с.281-284; соавтор К.Р.Айда-заде;
  12. Investigation of control of the string vibration process by means of lumped sources // Prof. Y.Məmmədovun anadan olmas. 85 il. yub. həsr olunmuş Beynəlxalq elmi konfransının Materialları, BDU, Bakı, 2015, s.50-53;
  13. Numerical solution to discrete systems of block structure with boundary conditions unshared between blocks // Proceedings of IAM, v. 5, № 1, 2016, pp. 34–45; co-author K.R.Aida-zade;
  14. Управление переходными процессами в нефтепроводах с учетом промежуточных насосных станций // Прикладная математика и фундаментальная информатика, с. 69-76, №3, 2016, изд. Омского Гос.Тех.Унив-та;
  15. Об управлении колебательными процессами посредством краевых и промежуточных сосредоточенных управляющих воздействий // Материалы V Всероссийской научно-практ. конф. «Матем. моделирование процессов и систем», г. Стерлитамак, Башкортостан, 2016, с. 43-48; соавтор К.Р.Айда-заде.

Və s.


  1. "http://www.isi.az İdarəetmə Sistemləri İnstitutu/Əsədova Cəmilə Əbülfəz qızı". 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "http://www.science.gov.az/ AMEA/İdarəetmə Sistemləri İnstitutu/Fəlsəfə doktorları/Əsədova Cəmilə Əbülfəz qızı". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]