Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
Elm Fondu | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi |
2009-cu il 21 oktyabr (EİF) 15 oktyabr 2022 (AEF) |
Əvvəlki qurum | Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu |
Ləğv edilib | 2022 |
Tabelik | publik hüquqi şəxs |
Ünvan | AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi-27, 9-cu mərtəbə |
Rəhbərlik | |
Rəhbər | Mehriban İmanova |
|
|
Rəsmi saytı | aef.gov.az |
Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır.[1]
15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb.[2]
Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir:
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2010-cu il 3 noyabr tarixli 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarın 6-cı bəndinə əsasən Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılmış və adı çəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilmişdir (Əlavə 8).
Elmin İnkişafı Fondu öz fəaliyyətində Nizamnaməsini, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununu (№ 483-IQ, 17 aprel 1998-ci il tarixli, əlavə və düzəlişlərlə) (Əlavə 9) və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı (Əlavə 10) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın (Əlavə 11) məqsəd və vəzifələrini, "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın (Əlavə 12) və qüvvədə olan müvafiq qanunvericilik aktlarının tələblərini də rəhbər tutur
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) ilə Elmin İnkişafı Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilmişdir. Elmin İnkişafı Fondunun ştat cədvəli "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) ilə təsdiq edilmişdir.
Ştata icraçı direktor, müşavir, baş mühasib, 4 baş məsləhətçi, 2 aparıcı məsləhətçi və 1 məsləhətçi daxildir. Bununla yanaşı, ştatdankənar işçilərin əmək müqaviləsi yolu ilə Elmin İnkişafı Fondunun icraçı direksiyasının işinə cəlb olunması da Qərarda nəzərə alınmışdır.[6]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Sərəncam
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi