Cəmilə Telman qızı Allahverdiyeva — A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, Fəxri Mədəniyyət İşçisi, Azərbaycanın əməkdar artisti (2018)
Cəmilə Allahverdiyeva | |
---|---|
Cəmilə Telman qızı Allahverdiyeva | |
Doğum tarixi | 26 oktyabr 1978 (46 yaş) |
Doğum yeri | Sumqayıt |
Mükafatları |
Cəmilə Telman qızı Allahverdiyeva 26 oktyabrda Sumqayıt şəhərində anadan olub, 33 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil ala-ala 1997-ci ildə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına artist vəzifəsinə qəbul olur.
O, Firidun Qurbansoy və Bəhram Basqallının «Canım Qırat, Gözüm Dürat» tamaşasında Dürat, Rəhman Əlizadənin «Ələkbər əmi gülüş planetində» tamaşasında Fitnə Cadu, Hamhamə, Çilli, Kəmalə Ağayevanın «Göyçək Fatma» tamaşasında Göyçək Fatma, Əli Səmədlinin «Cik-cik xanım» tamaşasında Bəsti nənə, Ana, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Gülbahar, Xanımana Əlibəylinin «Ləpələrin nağılı» tamaşasında Mərcan, Mirmehdi Seyidzadənin «Cırtdan» tamaşasında Hadı, Rəhman Əlizadənin «Qız qalası» tamaşasında Dilbər, Özəl Arabulun «Dəniz dibində zəng səsi» tamaşasında Misket balığı, Rəhman Əlizadənin «Fantaziya» Zibeydə, «Tülkünün uçuşu» tamaşasında Hacıleylək, Federiko Qarsiya Lorkanın «İlbizin mahnısı» tamaşasında İlbiz rollarını ifa edib.
2006-2009-cu illərdə Azərbaycan Dövlət Gənclər teatrında çalışıb. Həmin illər ərzində oynadığı rollar: «Məkrlilərin vəkilləri» (R.Əlizadə) Gülsəba, «Məhv olmuş gündəliklər» (İ.Əfəndiyev) Fəridə, «Dünyanın axırı» (R.Əlizadə) III Dəli, Qız, «Tülkünün uçuşu» (A.Şaiq) Hacıleylək, «Sara xatun» (N.Saraclı) Xanbikə, «Su Pərisi» (F.Mustafa) Su Pərisi.
2009-cu ilin aprel ayından yenidən Kukla teatrında yüksək dərəcəli artist kimi fəaliyyətə başlayıb.
(K.Qotsi) "Turandot" tamaşasında Turandot, (V. Şekspir) "Yay gecəsində yuxu" Bədləkər, İppolita, Titaniya, "Xeyir və Şər" (N. Gəncəvi) Şər, "Dünya gözəli" (A. Şaiq) Dünya gözəli, Simurq, "Quşcuğaz" (N.Ağayev) Nağılçı, Eybəcər, Ahu, Emma, Səriyyə nənə, "Pinokkionun sərgüzəştləri"(K.Kolladi) Tülkü, "Sindbadın xoşbəxtlik adasına səyahəti" (R. Əlizadə) Fatma, Şəms Qəmər, Şah, "Sehrbaz qadın" Qız, "Dəli Domrul" (səhnələşdirəni, quruluşçu-rejissoru R. Əlizadə) Xatun, Ana, "Qoğal" (rus xalq nağılı) Qoğal, "Sehirli üzük" Qız kəpənək, "Tıq-tıq xanım" (A. Şaiq) tamaşasında Tıq-tıq xanım, "Çəkməli Pişik"(Ş. Perro) Xoruz, "Oyaq gözəl"(V.İlyuxov) Qorxaq matros, "Qırmızı Papaq"(Ş.Perro)tamaşasında Qırmızı Papaq, "Unudulmuş Kukla" S.Sveyqin "Yad qadını məktubu" novellası əsasında mono tamaşa, "Pişiyin evi" (S.Y.Marşak) Pişik xanım, "Turp"(rus xalq nağılı) Müqəvva, "Maşa və Ayı" Maşa, "Yeddi nar çubuğu"(Z.Rüfətoğlu) Xatun, Şahın oğlu, "Düyməcik"(H.X.Andersen) Düyməcik və s. tamaşalarında rolları ifa etmişdir.
2011- ci ildə Teatr Xadimləri İttifaqında keçirilən ustad qiraətçi Həsən Əbluçun xatirəsinə həsr olunmuş "Hər şeydən yüksəkdir sözün məqamı" müsabiqədə qiraət üzrə II yer ilə təltif olunub.
2013- cü ildən "FƏXRİ MƏDƏNİYYƏT İŞÇİSİ" döş nişanı ilə təltif olunub.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]