Federiko Qarsiya Lorka (isp. Federico García Lorca; 5 iyun 1898[1][2][…], Fuente-Vakeros[d], Əndəlüs[1][5][…] – 19 avqust 1936[3][4][…]) — İspaniya şairi, rəssamı, pionisti və bəstəkarı. O, İspaniya vətəndaş müharibəsinin başlanğıcında 38 yaşında olarkən milliyətçilər tərəfindən öldürülmüşdür.
Federiko Qarsiya Lorka | |
---|---|
isp. Federico García Lorca | |
Doğum adı | Federico del Sagrado Corazón de Jesús García Lorca |
Doğum tarixi | 5 iyun 1898[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 avqust 1936[3][4][…] (38 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d][6] |
Dəfn yeri |
|
Milliyyəti | ispan |
Təhsili |
|
Fəaliyyəti | teatr rejissoru, söz yazıçısı[d], dramaturq, şair |
Əsərlərinin dili | ispan dili |
Janrlar | teatr, poeziya, incəsənət |
Tanınmış əsərləri | |
Federiko Qarsiya Lorka Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
1898-ci ildə, İspaniyanın Qranada bölgəsindəki Fuente Vaqueros şəhərində doğulan Lorka, əsrin ən böyük iki ispan şairindən biri olaraq qəbul edilir. Lorkanın müvəffəqiyyətində uşaqlığının böyük payı vardır. Qranada nın Fuentevaqueros qəsəbəsində, varlı bir ailənin uşağı olaraq dünyaya gələn Lorkanın atası şən bir adam; anası isə səssiz və ciddi bir qadın idi. 1928-ci ildə yazdığı "Romancero Gitano" (Qaraçı Balad) ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın çağdaşlaşması üçün çalışan sənət adamlarından biri olmuşdur.
Şeirdə, siyasətdə və əxlaq anlayışında müasirliyin müdafiəçisi olan Lorka homoseksual olduğu üçün Katolik kilsəsi ilə münaqişədə idi. 1918-ci ildə, burjuaziya sinfini, yer üzünü şeirlə doldurmuş olan İsanı qətl etməklə günahlandıran Lorka, keçdiyimiz günlərdə gəlmiş keçmiş ən müvəffəqiyyətli ədəbiyyat əsəri seçilən Migel de Servantesin bir İsa fiquru olaraq ələ salanlara qatılır. Lorka İsanın həm qətlini qınayar, həm də qanının axmalı olduğunu ifadə edir.
Şeirlə yanaşı teatr üçün yazdığı və səhnələşdirdiyi dram əsərləri də məşhur olan Lorka, Qanlı Toy (Bodas de sangre, 1931), Yerma (1934), Bernarda Albanın evi kimi dramlarıda uğurlu nəticə göstərmiş; ölüm - həyat, sonsuzluq kimi ziddiyyətlər arasındakı enişli-yoxuşlu xətti vurğulamışdır.
19 avqust 1936-cı ildə doğulduğu bölgədə Frankonun adamları tərəfindən öldürülən Lorka, beynəlxalq ictimaiyyətdə - xüsusilə də bir dövr yaşadığı Argentinada olduqca böyük bir yas və öldürülməsinə verilən reaksiya ilə - peşə sahəsində ideallaşmış, hörmətli lakin marjinal bir ədəbiyyat adamı olaraq xatırlanır.