Cəmil Qurbanzadə

Cəmil Anar oğlu Qurbanzadə (27 aprel 2003; Astara şəhəri, Azərbaycan – 13 sentyabr 2022; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.[1]

Cəmil Qurbanzadə
Cəmil Anar oğlu Qurbanzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Astara şəhəri, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Laçın rayonu, Azərbaycan
Dəfn yeri Astara şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Talış
Atası Anar Qurbanzadə
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2021-2022
Rütbə Əsgər
Döyüşlər Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022)
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2022

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəmil Qurbanzadə 27 aprel 2003-cü ildə Astara şəhərində anadan olmuşdur. Astara şəhər 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbaycan Dövlət İdman Akademiyasının qiyabi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Cəmil Qurbanzadə tərxis olmağına 18 gün qalmışdı. Ailədə 2 bacının tək qardaşı olub. Subay idi. 13 sentyabr 2022-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan–Ermənistan sərhəd toqquşması (sentyabr, 2022) zamanı şəhid olub. Onun nəşi 16 sentyabr 2022-ci ildə doğulub boya başa çatdığı Astara şəhərinə gətirilib böyük bir izdihamla Astara şəhər qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində şəhidin qohum və yaxınları, rayon rəhbərliyi və sakinlər iştirak ediblər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cəmil Qurbanzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni"Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın Müdafiə Nazirliyi. "2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (ingilis). 2022-09-17. 2022-09-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17.09.2022.
  2. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.
  3. Azərbaycan Prezidentinin rəsmi saytı. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (az.). 05.11.2022. Archived from the original on 2022-11-06. İstifadə tarixi: 06.11.2022.