Cəngəllik kitabı (ing. The Jungle Book) — Con Favro tərəfindən rejissorluğu, Castin Marks tərəfindən yazılan və Walt Disney Pictures tərəfindən istehsal edilən fantaziya macəra filmi.
Cəngəlliklər kitabı | |
---|---|
ing. The Jungle Book | |
Janr | bədii film[d][1], döyüş filmi[1], macəra filmi[1][2][…], fentezi filmi[d], dram filmi, ədəbi əsər ekranlaşdırılması[d] |
Rejissor | Con Favro |
Prodüserlər |
Con Favro Briqam Teylor |
Ssenari müəllifi | Castin Marks |
Baş rollarda |
Bill Mürrey Ben Kinqsli Idris Elba Lupita Nyong'o Skarlet Yohansson Cankarlo Espozito Kristofer Uolken Nil Seti |
Operator | |
Bəstəkar | Con Debni |
Geyim rəssamı | Laura Jean Shannon[d][3] |
İstehsalçılar |
Walt Disney Pictures Fairview Entertainment |
Distribütor | Walt Disney Studios Motion Pictures[d][3], Netflix, Disney+ |
İlk baxış tarixi | 15 aprel 2016 |
Müddət | 105 dəqiqə |
Büdcə | $175 milyon |
Gəlir | $966.2 milyon |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2016 |
Rəng | rəngli |
Çəkiliş yeri | Dauntaun (şəhər)[3], Los-Anceles |
IMDb | ID3040964 |
Vikianbarda əlaqəli mediafayllar |
Mauqli Hindistanda meşədə qurd Rakşa tərəfindən böyüdülən, Akelanın liderlik etdiyi sürüdə yaşayan və panter Bagira tərəfindən tapılan "insan balası"dır. Akela onun insan kimi olmasını qəbul etməmişdir.
Bir gün quraqlıq mövsümündə cəngəllik heyvanları yırtıcılar yeyilmə qorxusu olmadan su içmək üçün toplaşıb atəşkəs elan edərlər. Ancaq yaralı Benqal pələngi Şir Xan Mauqlinin qoxusunu hiss edib gəldiyində atəşkəs pozular. O, quraqlığın sonunda Mauqlini öldürəcəyini dair xəbərdarlıq edər. Mauqli özünün təhlükəsizliyi üçün cəngəlliyi tərk etməyə qərar verər. Bagira yaxınlıqdakı insan kəndinə qədər ona rəhbərlik qərarı verər.
Yolda Şir Xan onları izləyər və Bagiranı yaralayar, ancaq Mauqli qaçmağı bacarır. Daha sonra, Mauqli Kaa adlı bir piton ilə qarşılaşar; Kaa onu hipnoz edər. Onun təsiri altında olarkən Mouqli atasının onu qoruyarkən Şir Xan tərəfindən parçalandığını görər. Kaa Mauqlini udmağa çalışar, amma Balu adlı bir ayı tərəfindən hücuma məruz qalar. Hadisələr inkişaf edir.