Cənub kordilinası (lat. Cordyline australis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin kordilina cinsinə aid bitki növü.
Cənub kordilinası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Cənub kordilinası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yeni Zelandiya endemikidir. Türkiyədə, Şimali-Qərbi Suriyada, Cənubi Qafqazda, Qərbi Avropada, Cənubi Amerikada və bir çox başqa ölkələrdə qayalı açıq yamaclarda və quru düzənliklərdə bitir.
Hündürlüyü 12 m-ə qədər olan, bünövrəsindən qalınlaşmış ağac və ya koldur. Gövdədə yarpaqlar dəstəyə yığılmışdır. Budaqları düz dayanandır. Kladodiləri əyri-uzunsov-lansetvari, parlaq, uzunluğu 5-6 sm, eni 1,5-2 sm olub, ucu bizdir.
Budaqlarının təplərində uzunluğu 0,3-1 m-ə qədər olan yarpaq topaları vardır. Yarpağı oturaq, qılıncvari, yaşıl, uzunluğu 40-90 sm, eni 3-7 sm-dir, çoxsaylı paralel damarcıqlıdır. Çiçəkləri ikicinsli, diametri təxminən 1 sm-dir, ağ, qısa saplaqlı, ətirlidir. Ləçəkləri 6-9 ədəddir, uc salxımlarda, uzunluğu 50-100 sm olan iri süpürgəvari çiçək qrupunda toplanmışdır. Çiçək saplaqları çiçəklərdən bir az qısadır. Çiçəkyanlığı ətli, bitişik ləçəklidir, erkəkcik sapları 6 ədəd olub, borucuğa bitişmişdir. May-iyunda çiçəkləyir. Şarşəkilli qırmızı giləmeyvədir. 1-2 toxumludur, diametri 5-7 mm-ə çatır, oktyabrda yetişir. Uc qələmləri, gövdə hissələri və yan zoğlarla çoxalır.
Xarici mühit amillərinə tələbkar deyildir. İşıqlı yerdə, yarımkölgədə bitir, düz düşən günəş şüalarını, torpağın qurumasını sevmir.
Abşeron, Astara, Lənkəran, Lerik, Qəbələ, İsmayıllı rayonlarında mədəni şəraitdə becərilir.
Dekorativ ağac və ya koldur. Yarpaqlarından qidada, parça istehsalında istifadə olunur.