Cənub yukkası (lat. Yucca faxoniana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Cənub yukkası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Cənub yukkası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii halda Meksikada bitir.
Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır.
Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir. Abşeronun sərt şaxtalarına davam gətirir.
Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Bakı, Sumqayıt, Quba şəhərlərində park və bağlarda istifadə olunur.
Tək əkinlərdə, zərərvericilərə qarşı mubarizədə, kəndir istehsalında istifadə edilir.