Cənubi ABŞ

ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən Cənubi ABŞ bölgəsi.[1] Amma "Cənub" və rayonları müxtəlif şəkildə də müəyyən edilmişdir (Bax coğrafiya bölməsinə).

Cənubi ABŞ (ing. Southern United States) - (həmçinin Amerikanın Cənubu, Diksi və ya sadəcə Cənub) Amerika Birləşmiş Ştatlarının orta-şimal hissəsində yerləşən və ABŞ Siyahıyaalma Bürosu tərəfindən müəyyənləşdirilən iqtisadi rayon. Cənub coğrafi cənuba uyğun gəlmir, daha çox cənub-şərq hissəsində yerləşir; ölkənin coğrafi baxımdan cənubunda yerləşən ArizonaNyu-Meksiko bəzən Cənuba aid edilir, lakin 1863-cü ildə[2] Virciniyadan ayrılan Qərbi Virciniya isə adətən bura aid edilir.[3][4][5] Bəzi alimlər ştat sərhədləri ilə üst-üstə düşməyən Cənub anlayışının müəyyənləşdirilməsini təklif etmişdi.[6][7] DelaverMerilend, eləcə də Kolumbiya Dairəsi Vətəndaş müharibəsinə qədər köləliyə icazə versə də, İttifaqda qaldı. 1960-cı illərin Vətəndaş Hüquqları Hərəkatından sonra onlar sənayesi inkişaf etmiş Şimal ştatları ilə mədəni, iqtisadi və siyasi cəhətdən daha bərabər oldular və bir çox vətəndaş, firma, ictimai qurum və özəl təşkilatlar tərəfindən Orta Atlantik və ya Şimal hissəsinə aid edildilər.[8][9][10][11][12] Lakin, ABŞ Siyahıyaalma Bürosu onları Cənuba aid etdi.

Adətən Cənuba ABŞ-nin cənub-şərqicənub-mərkəzi hissəsi aid edilir. Rayon öz mədəniyyəti və tarixi ilə tanınır, həmçinin burada ABŞ-nin digər hissələrindən müəyyən mənada fərqlənən adətlər, musiqi üslubu və mətbəx inkişaf etmişdir. Cənubun etnik irsi rəngarəngdir və daha çox Avropalı (əsasən Şotland-İrland, Şotland, İngilisFransız), Afroamerikalı və az miqdarda Hindilərdən təşkil olunmuşdur.[13]

ABŞ Siyahıyaalma Bürosunun tərifinə əsasən Cənub 16 ştatdan ibarətdir.[1] ABŞ Siyahıyaalma Bürosunun 2010-cu il hesabatına əsasən 114,555,744 nəfər və ya ABŞ əhalisinin 37%-i ölkənin ən çox məskunlaşan Cənubda yaşayır.[14] Siyahıyaalma Bürosu tərəfindən Cənubu üç dairəyə bölür :

Cənubla bağlı digər anlayışlar bunlardır :

Amerika futbolu

[redaktə | mənbəni redaktə et]

Cənubi ABŞ-də bir çox idman məşhurdur, lakin ən Amerika futbolu ən məşhurudur. Aşağıdakı cədvəldə illik ortalama tamaşaçı sayına görə ən məşhur Cənubi ABŞ kklubları göstərilmişdir. Cənubi ABŞ-də ən çox tamaşaçısı olan klublar Amerika futbolu klublarıdır.

Sıra Klub İdman Liqa Tamaşaçı
(ortalama/oyun)[15]
1 Texas A&M Aggies Amerika futbolu MTİA (CŞK) 105,123
2 LŞU Tayqers Amerika futbolu MTİA (CŞK) 101,723
3 Alabama Crimson Tide Amerika futbolu MTİA (CŞK) 101,534
4 Tennessee Volunteers Amerika futbolu MTİA (CŞK) 99,754
5 Texas Longhorns Amerika futbolu MTİA (Böyük 12) 94,103
6 Georgia Bulldogs Amerika futbolu MTİA (CŞK) 92,746
7 Dallas Cowboys Amerika futbolu MFL 90,069
8 Auburn Tigers Amerika futbolu MTİA (CŞK) 87,451
9 Florida Gators Amerika futbolu MTİA (CŞK) 85,834
10 Oklahoma Sooners Amerika futbolu MTİA (Böyük 12) 85,162
  1. 1 2 "Census Regions and Divisions of the United States" (PDF). U.S. Census Bureau. December 28, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 09, 2016. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. McPherson, James M., Battle Cry of Freedom. the Civil War Era, Oxford Univ. Press, 1998, pg. 304
  3. "Southeastern Division of the Association of American Geographers". 2015-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters)
  4. "Geological Society of America". 2016-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters)
  5. "Southern Legislative Conference – Serving the South". slcatlanta.org. 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters)
  6. Garreau, Joel. The Nine Nations of North America. Avon Books. 1982. ISBN 0380578859.
  7. Woodard, Colin. American Nations: A History of the Eleven Rival Regional Cultures of North America. Penguin Books. 2012. ISBN 0143122029.
  8. "Arxivlənmiş surət". 2016-06-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters)
  9. "Arxivlənmiş surət". 2016-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. "Arxivlənmiş surət". 2016-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. "Arxivlənmiş surət". 2016-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-07. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. Bethune, Lawrence E. "Scots to Colonial North Carolina Before 1775". Lawrence E. Bethune's M.U.S.I.C.s Project. 2012-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-09. (#redundant_parameters); (#redundant_parameters)
  14. "Arxivlənmiş surət" (PDF). 2012-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-06-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. "2014 NATIONAL COLLEGE FOOTBALL ATTENDANCE" (PDF). 2015-09-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-06-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)