MFL 1920-ci ildə Amerika Peşəkar Futbol Assosiasiyası adı ilə yaranmış və 1922-ci il mövsümündən sonra Milli Futbol Liqası adını almışdır. 1966-cı ildə Amerika Futbol Liqası (AFL) ilə birləşmək qərarı almış və mövsüm sonunda ilk Super Boul verilmişdir; birləşmə prosesi 1970-ci ildə tamamlanmışdır. Bugün MFL dünyada ən çox ortalama tamaşaçıya (67,591) malik peşəkar idman liqasıdır[4] və ABŞ-da ən məşhur idman liqasıdır. Super Boul dünyanın ən nəhəng idman hadisələri sırasındadır[5] və bəzi Super Boul oyunu Amerika tarixində bir çox dəfə ən çox baxılan televeriliş olmuş və 2015-ci ildə də ən çox baxılan televeriliş ünvanını əldə edib.[6] Liqanın icraçı direktoru liqanın tənzimlənməsində geniş səlahiyyətə malikdir.
1920-ci ildə Amerika Birləşmiş ŞtatlarınınKanton (Ohayoştatı) şəhərində, oyunçulara cıxışlarına görə pul verilən ilk amerika futbolu liqası olan Amerika peşəkar futbol assosiasiyası yaradıldı.
"Kanton Bulldoqs"-dan olan əfsanəvi atlet Cim Torp liqanın ilk prezidenti olur.
1920-ci il mövsümünü başlayan 11 komandadan yalnız dördü mövsümü başa çatdıra bildi. Heç bir oyunda məglub olmayan "Akron Pros" liqanın qalibi olur. 1921-ci ildə komandaların sayı 22-yə artsa da bütün 20-ci illərdə istirakçı sayı qeyri-stabil qalir və bu illərdə amerika futbolu hələ ki, milli oyun sayılmırdı. Bu baximdan o beysbola uduzurdu.
1934-cü il mövsümündə artıq "Qrin-Bey Pekers"dən başqa bütün komandalar böyük şəhərləri təmsil edirdi.
Çempionluq uğrunda ilin (ilbaşı) oyunu 1933-cü ildə təsis edilmiş, universitetlərdən gənc oyuncular draftı (seçimi) isə ilk dəfə 1936-cı ildə keçirilmişdir.
1962-ci ildən etibarən komandalar qaradərili oyunçuları dəvət etməyə başlayırlar.
İlk vaxtlar universitet futbolu daha populyar idi, lakin II Dünya müharibəsinin sonlarında artıq peşəkar futbol universitet futbolu ilə
tamasaçı marağı uğrunda rəqabətə başlayır.
Qaydaların dəyişdirilməsi və strategiyadakıinnovasiyalar oyunların məhsuldar və baxımlı olmasına gətirib çıxardır. Həmçinin liqanın coğrafiyası da genişlənir.
1950-ci ildə NFL klublarının sayı 13-ə kimi artır.
1950-ci illərdən etibarən oyunlar milli televiziya ilə numayiş etdirilməyə başlanır və amerika futbolu milli idman növunə çevrilir.
MFL hər birində 16 klub olmaqla iki konfransda iştirak edən ümumilikdə 32 klubdan ibarətdir. Hər konfrans dörd klubdan təşkil olunan dörd diviziyaya bölünür. Daimi mövsüm müddətində hər klubun heyətində 53 oyunçunun olmasına icazə verilir;[7] oyun günü isə yalnız onlardan 46-sı aktiv (oynamağa münasib) ola bilər.[8] Hər klub əsas heyətə aid olmayan 10 oyunçudan ibarət təcrübə heyətinə də malik ola bilər, lakin buradakı oyunçu cari mövsümün son 9 oyununda aktiv vəziyyətdə olmamalıdır. Hər bir oyunçu təcrübə heyətində 3 mövsümdən artıq qala bilməz.[9]
↑ 12The Baltimore Ravens were originally the Cleveland Browns, and moved to Baltimore in 1996. Due to an agreement with the city of Cleveland that allowed the club to move, the Browns name, colors, and team history/records were left for a new Cleveland Browns team while the team, personnel, and staff of the old Browns team were allowed to move to Baltimore.[14] As such, the Ravens are considered to have begun play in 1996 while the current Cleveland Browns are considered to have been founded in 1950, became inactive from 1996 to 1998,[12] and resumed play as new team in 1999.[15]
↑"2015 Official NFL Record and Fact Book"(PDF). National Football League. July 21, 2015. November 6, 2015 tarixində orijinalından(PDF) arxivləşdirilib. İstifadə tarixi: October 25, 2015. An organizational meeting, at which the Akron Pros, Canton Bulldogs, Cleveland Indians, and Dayton Triangles were represented, was held at the Jordan and Hupmobile auto showroom in Canton, Ohio, August 20. This meeting resulted in the formation of the American Professional Football Conference.
↑"General FAQs". Los Angeles Rams. January 18, 2016. January 17, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 18, 2016. Where will the Rams play? For the first three seasons we'll play at the L.A. Coliseum. In 2019, we’ll move into the most advanced, world-class stadium ever built located in Inglewood, CA.