Cənubi Antil adaları

Cənubi Antil adaları (nid. Benedenwindse Eilanden, isp. Islas de Sotavento, ing. Leeward Islands), Kiçik Antil adalarının cənub hissəsində, Venesuela sahillərinə yaxın ərazidə yerləşən və əsasən vulkanik adalardan ibarət olan adalar qrupu.

Cənubi Antil adaları
nid. Benedenwindse Eilanden, isp. Islas de Sotavento, ing. Leeward Islands
Ümumi məlumatlar
Ən böyük adası Marqarita adası
Ümumi sahəsi
  • 2.000 km²
Hündür nöqtəsi 372 m
Əhalisi 700.000 nəfər (2009-cu il)
Yerləşməsi
12°11′10″ şm. e. 68°59′22″ q. u.HGYO
Ölkələr
Akvatoriya
Cənubi Antil adaları xəritədə
Cənubi Antil adaları
Cənubi Antil adaları
Cənubi Antil adaları (Cənubi Amerika)
Cənubi Antil adaları
Cənubi Antil adaları, Cənubi Amerika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adaların ümumi sahəsi 2000 km², hündürlüyü 372 metr təşkil edir.

Tərkibinə daxil olan adalar:

Ada Sahə,
km²
Əhali,
nəf.
Sıxlıq,
nəf./km²
Dövlət
Aruba 180,0 106 050 589,17 Niderland
Boneyr 288,0 13 389 46,49 Niderland
Kürasao 444,0 142 180 320,23 Niderland
Narqarita adası 956,8 436 900 456,63 Venesuela
Orçila 40,0 100 2,5 Venesuela
Los-Rokes 41,0 1 471 35,88 Venesuela
Koçe 61,0 8 242 135,11 Venesuela
Blankilya 65,0 0 0 Venesuela
Las-Aves 3,35 0 0 Venesuela
Los-Ermanos 2,1 0 0 Venesuela

İri adalar ısasən vulkanik məşhəlli olub metamorfik və kristalik suxurlardan ibarətdir. Kiçik adalar isə mərcan və qumlu dayazlıqkardan ibarət olur. İqlimi tropikdir il ərzində 500–600 mm yağıntı düşür. Burada həmişəyaşıl kol və meşəliklər vardır.

2009-cu il məlumatına görə adalarda 0,7 mln insan yaşayır. Onlar əsasən zəncilər, mulatlar və hollandlardan ibarət olan ağlar yaşaylr.

Ən böyük şəhəri Kürasao adasında yerləşən Villemstad şəhəridir.

Burada batat, banan yetişdirilir, keçi, qoyun saxlanılır. Aruba və Kürasao Cenesuelaya məxsus neft emalı zavodlar vardır. Son zamanlar turizm inkişaf edir.