Cənubi Koreya–Şimali Koreya münasibətləri

Şimali Koreya–Cənubi Koreya münasibətləriŞimali KoreyaCənubi Koreya arasındakı mövcud ikitərəfli münasibətlər. 1945-ci ildə Yaponiyanın İkinci Dünya müharibəsində məğlub olmasından sonra Koreyanın bölünməsi baş verir.

Şimali Koreya–Cənubi Koreya münasibətləri
Şimali Koreya və Cənubi Koreya
 Şimali Koreya  Cənubi Koreya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
border=none Əsas məqalə: Koreya tarixi

Koreyanın bölünməsi 1945-ci ildə baş vermişdir. Yaponiya İkinci Dünya müharibəsində məğlub olduqdan sonra Koreya yarımadasına ABŞ və SSRİ qoşunları yerləşdirilir. İki ölkə arasında sərhəd 38-ci paralleldən keçir. 1945-ci ilin 15 avqustunda Yaponiya müharibədəki məğlubiyyəti qəbul edir. Bununla da Koreya onun tərkibindən avtommatik çıxır. 22 avqust tarixində isə Sovet qoşunları Pxeynana daxil olurlar. 8 sentyabrda ABŞ qüvvələri artıq Seulda idilər. 1946-cı ildə ABŞ və SSRİ tərəfindən Koreyada hökumətin qurulmasını təşkil edəcək komisiya buraxılır. 1947-ci ildə BMT Koreya məsələsi üzrə müvəqqəti komisiya təşkil edir. 10 may 1948-ci ildə BMT təhbərliyi altında Cənubi Koreyada seçkilər keçirilir. 15 avqust 1945-ci ildə Cənubi Koreya təşkil olunur. 1945-ci ilin 9 sentyabrında isə Koreya Xalq Demokratik Respublikası qurulur.

Cənubi Koreyanın təşkili

[redaktə | mənbəni redaktə et]

Cənubi Koreyanın tarixi 1945-ci ildə Koreyanın bölünməsindən sonra baş tutur. Ölkədə mülki hökumət 1948-ci ildə qurulmuşdur. Li Sın Man ölkənin ilk prezidenti olur.

Şimali Koreyanın təşkili

[redaktə | mənbəni redaktə et]

Şimali Koreya 1945-ci ildə SSRİ işğal sonasında təşkil edilmişdir. 11 sentyabr 1948-ci ildə müstəqilliyini elan etmişdir. Ölkənin ilk rəhbəri Şimali Koreya Müvəqqəti Xalq Komitəsinin rəhbəri Kim İr Sen olur. 1972-ci ilə qədər ölkənin baş naziri, 1972-ci ildən isə prezidenti olmuşdur.

Koreya müharibəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Koreya müharibəsi

25 iyun 1950 — Koreya müharibəsi başlamışdır.

İyun 1950 — BMT qüvvələri təşkil edilir.

Sentyabr 1950 — BMT qüvvələri İnçxona desant çıxarır qısa müddətə Mancuriya sərhədlərinə qədər irıiləyə bilirlər.

Noyabr 1950 — Çin qüvvələri müharibəyə qoşulur. BMT qüvvələri 38-ci paralelə qədər geri atılır.

27 iyul 1953 — BMT güçləri və Çin, Şimali Koreya arasında atəşkəs elan edilir.

Soyuq müharibə

[redaktə | mənbəni redaktə et]

18 avqust 1976 - Silahsızlaşdırılmış ərazidə toqquşma baş verir. Pak Çon Xiyə qarşı suyuqəst — Şimali Koreyadan olan xüsusi təyinatlı Cənubi Koreya prezidentiki öldürməyə cəhd göstərmişdir.

Boeing 707 təyyarəsinin Andaman dənizində partladılması və YS-11 təyyarəsinin ələ keçirilməsi - Şimali Koreya diversioyasının Cənubi Koreya mülki gəmilərinə qarşı hərəkatı.

Cənuba doğru qazılan tunellər - Şimali Koreyalılar tərəfindən Koreyanın silahsızlaşdırılmış bölgəsində tunellərin qazılması.

border=none Əsas məqalə: Koreya böhranı

1 yanvar 2013-cü ildə xalqa Kim Çen In yeni il müraciyyətində Cənubi Koreya ilə münasibətləri yaxşılaşdıracağını bəyan etmişdir[1][2]. Şimali Koreya 24 yanvar 2013-cü ildə ABŞ-yə nüvə hücumu gerçəkləşdirəcəyini bəyan edir. Müraciyyətdə ABŞ «koreya xalqının düşməni»[3] olaraq adlandırılır.

Foal Eagle 2013 təlimləri zamanı Şimali Koreya atəşkəs anlaşmasından imtina edə biləcəyini elan edir. Onlar bu təlimni Şimal üçün böyük təhlükə adlandırırlar[4]. JoongAng Ilbo qəzeti təlimlərdə nüvə başlığəı daşıyan ABŞ gəmilərinin də içtirak etməsini bildirmişlər[5]. Pentaqon B-52 bombardımançılarının Cənubi Koreya üzərindən uçaraq nüvə çətiri əmələ gətirdiyini bildirmişdir[6].

8 mart 2013-cü ildə Şimali Koreya açıq şəkildə Cənubi KoreyaUya hücum etməmək paktından çıxdığını bəyan etmişdir[7]. 11 mart 2013-cü ildə ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlamışdır. Bunu Şimali Koreya qəti şəkildə pisləmişdir[8].

Şimali Koreya 4 aprel tarixində orta mənzilli raketi sınaqdan çıxarmışdır. Yaponiya, ABŞ və Cənubi Koreya bunu Şimali Koreyanın 2013-cü ilin əvvəllərində müharibəni başlamaq istəyinə bağlamışdır[9].

Şimali Koreya rəhbəri Kim Çen In (solda) və Cənubi Koreya Prezidenti Mun Çje İn(sağda)

3 yanvar 2018-ci ildə Şimali Koreya Cənubla rabitə əlaqələrini birləşdirir. 3 yanvar 2018-ci ili saat 15:30 radələrində Pxenyandan ilk zəng gəlir. İki ölkə liderinin söhbəti barədə təfərüvatlar verilmir. Telefon və faks xidməti normal şəkildə fəaliyyət göstərir.

9 yanvar 2018-ci ildə KXDR və Cənubi Koreya nümayəndələri simbolik olaraq «Sülh evi» adlandırdıqları binada görüş təşkil edirlər. Görüşdə hər iki ölkə Koreya yarımadasında gərginliyi azaltmaq və dialoqu davam etdirmək barədə qərara gəlirlər.

20 yanvar tarixində isə hər iki ölkənin Milli Olpmpiya Komitələri Lozanada görüşərək olimpiya oyularında buz üstü hokkey komandasının vahid bayraq altına çıxışı barədə qərar qəbul edirlər.

6 mart 2018-ci ildə Kim Çen In ilə cənubi Koreya deleqasiyası arasında görüş baş vermişdir.

21 mart 2018-ci ildə isə Cənubi Koreya növbəti görüşün 29 mart tarixində sərhəddə keçirilməsi barədə təklif irəli sürmüşdür[10].

27 aprel tarixində iki ölkənin nümayəndələri Pxanmunomda Ümumkoreya sammitinin keçirilməsi barədə qərar qəbul edirlər[11].

2 may 2018-ci ildə iki ölkə ordusu sərhəddə səs güçləndiriciləri sökməyə başlamışdır.

5 may 2018-ci ildə KXDR Cənubi Koreya saat standartlarına keçir və bununlada yarımadada vahid saat tətbiq edilir.

24 iyulda Cənubi Koreya Müdafiə Naziri iki ölkə arasında gözətçi posrtlarının azaldılacağını bəyan edir[12].

8 avqustun 2018-ci ildə Şimali Koreyanın Nodon Sinmun qəzeti Cənubi Koreyanını qarşıdurmanı yeniləməyə çalışması və iki ölkə arasında inşa edilən razılıq əhval0ruhiyəsini pozmaqda günahlandırır[13].

13 avqust 2018-ci ildə iki ölkə 201-ci ili sentyabrında Pxenyanda 3-cü Ümumkoreya sammitinin keçirilməsi razılığıa gəlirlər[14].

20 avqust tarixində isə 1950—1953-cü illərdə Koreya müharibəsində parçalanmış ölkənin iki səmtində qalan ailələrin görüşü baş tutur[15].

  1. "New Year Address Made by Kim Jong Un". 2014-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-04. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Lucy Williamson. "North Korea's Kim Jong-un makes rare new year speech". Bbc.co.uk. 2013-01-01. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-05.
  3. Sanger, David. "North Korea Issues Blunt New Threat to United States". The New York Times. 24 January 2013. 16 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. "Korean Armistice Agreement Will No Longer Exist: Rodong Sinmun". KCNA. 7 March 2013. 12 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 March 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "U.S. nukes to remain in South". JoongAng Ilbo. 12 March 2013. 2013-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2013.
  6. Choe Sang-Hun. "North Korea Threatens U.S. Military Bases in the Pacific". New York Times. 21 March 2013. 21 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "North Korea ends peace pacts with South". BBC News. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 8, 2013. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. Lucy Williamson. "US-South Korea drills begin amid North Korea tensions". Bbc.co.uk. 2013-03-11. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-05.
  9. "North Korea Moves Missile to Its East Coast". The Wall Street Journal. 2013-04-19 tarixində arxivləşdirilib.
  10. "РК предложила КНДР провести переговоры на высоком уровне 29 марта_Russian.news.cn". russian.news.cn. 2018-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. "КНДР и Южная Корея договорились провести саммит 27 апреля". 2018-03-29. 2018-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. Editorial, Reuters. "South Korean defense ministry to reduce guard posts along North..." U.S. (ingilis). 2018-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. "СМИ: КНДР обвинила Южную Корею в попытках возобновить конфронтацию". ТАСС (rus). 2018-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  14. "РК и КНДР договорились провести саммит лидеров в сентябре_Russian.news.cn". russian.news.cn. 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. "СМИ: РК и КНДР начали первую за три года встречу разделенных войной семей". ТАСС (rus). 2018-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)