Cənubi Koreyada xəstəxana yanğını (2018)

Cənubi Koreyada xəstəxana yanğını (kor. 밀양 세종병원 화재) - 2018-ci ilin 26 yanvar tarixində Cənubi Koreyanın Miran şəhərində yerləşən Sejong xəstəxanasında səhər saatlarında baş vermiş yanğın hadisəsi. Hadisə nəticəsində 39 nəfər həlak olub[2][4], 153 nəfər[3][5][6][7][8] müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Cənubi Koreyada xəstəxana yanğını
kor. 밀양 세종병원 화재
Ölkə Cənubi Koreya Cənubi Koreya
Bölgə Miran
Yanma tarixi 26 yanvar, 2018
07:35
Ölənlər 39[1][2]
Zərər çəkənlər 153[3]
Cənubi Koreyada xəstəxana yanğını xəritədə

Hadisə son 10 il ərzində ölkədə baş vermiş ən güclü yanğın hesab olunur.[7] 2017-ci ilin 21 dekabr tarixində Jeçhon şəhərindəki idman zalında baş vermiş yanğın zamanıda 29 nəfər həlak olmuşdur. Xəstəxana yanğınına nəyin səbəb olduğu dəqiq məlum deyil[9], mütəxəssislər tərəfindən araşdırmalar aparılır.[10]

Yanğın səhər saat 07:35-də xəstəxananın birinci mərtəbəsindən başlamışdır. Həmin an xəstəxanada 100 dən çox xəstə və xəstəxananın nəznində fəaliyyət göstərən qocalar evində isə 94 nəfər ahıl olmuşdur. Hadisə şahidi kimi ifadə vermiş iki tibb bacısı, xəstələrin təcili olaraq qəbul edildiyin otağın qarşısında partlayışın baş verdiyini və partlayış səsindən dərhal sonra xəstəxananın evakuasiya edilməsinə başlandığını bildirmişdir.[11]

Evakuasiya cəhdlərinə baxmayaraq, qatı duman qısa zamanda xəstəxananın bütün mərtəbələrini bürümüşdür. Yanğın söndürənlər qatı dumana qarşı apardıqları mübarizədə, xəstəxana daxilində qalmış bir çox xəstənində həyatını xilas etməyi bacarmışdır.[12] Yerli vaxtla saat 09:30-da yanğın tamamilə nəzarət altına alınmışdır.

Hadisə nəticəsində 39 nəfər həlak olmuş, 153 nəfər yaralanmışdır.[2][3] Həlak olan 39 nəfərdən bir nəfəri həkim, bir nəfəri tibb bacısı, bir nəfəri isə həkim köməkçisidir. Yanğında həlak olmuş 3 nəfər 70 yaşın üzərində olan xəstələrdir.[13] [14]

Senjon xəstəxanası 2008-ci ildə Hyoseong Tibb Fondu tərəfindən yaradılmışdır. Tibbin müxtəlif sahələri üzrə xidmət göstərən xəstəxanada 95 çarpayı mövcuddur. Xəstəxanada 27 tibb personalı çalışmaqdadır.[15] Yanğın hadisəsinə konkret nəyin səbəb olduğu müəyyənləşdirilməmişdir.

  1. Jo, Un. "사망자 계속 증가 밀양 세종병원 화재‥ 대책은?". MediaPana (koreya). 27 January 2018. 27 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. 1 2 3 Jo, Yong-hoon. "밀양 세종병원 화재 사망 39명·부상 131명". News Tomato (koreya). 26 January 2018. 27 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 3 "1월 27일 오늘의 안전 상황". Fire Prevention News (koreya). 27 January 2018. 17 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. Choi, He-suk. "Death toll from hospital fire in Miring jumps to 41". The Korea Herald. 26 January 2018. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. "South Korea hospital fire kills 33 people". Australian Broadcast Corporation. 26 January 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "South Korean hospital fire kills dozens". The Sydney Morning Herald. 26 January 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. 1 2 "Dozens killed in South Korean hospital fire". BBC News. 26 January 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. Lee, Taehoon. "South Korean hospital fire kills 39, injures more than 70". CNN. 26 January 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  9. "Hospital fire breaks out in South Korea, kills more than 30". CBS News. 2018-01-25. 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  10. Choe, Sang-Hun. "South Korea Hospital Fire Kills at Least 37 People". The New York Times. 2018-01-26. 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  11. Choe, Sang-Hun. "Fire Kills at least 33 People at South Korea Hospital". The New York Times. 25 January 2018. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  12. "More than 30 killed in South Korea hospital blaze". France24. 26 January 2018. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  13. "밀양 세종병원 화재사고 인명피해 188명으로 늘어" [Victims from the fire accident in Milyang Sejong Hospital increased to 188]. The Hankyoreh. January 27, 2018. September 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2018. (#redundant_parameters); (#redundant_parameters)
  14. "'밀양 화재' 사망자 37명 중 30명, 81%가 70세 이상이었다" [Thirty of the 37 deaths in 'Miryang Fire' and 81% were over 70]. Chosun.com. January 26, 2018. October 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  15. "밀양 세종병원은 어떤 곳… 요양병원 붙어있고 193병상 갖춰" [What is Sejong Hospital in Milyang? There are 193 hospital beds attached to the nursing hospital]. JoongAng Ilbo. 26 January 2018. 14 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2018. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)