Respublika Narkoloji Mərkəzində yanğın — Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzində 2 mart 2018-ci ildə baş vermiş yanğın[1][2].
Respublika Narkoloji Mərkəzində yanğın | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Bölgə | Bakı |
Yanma tarixi |
2 mart 2018 06.10 |
Sönmə tarixi |
2 mart 2018 08:30 |
Ölənlər | 25 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Səhiyyə Nazirliyinin balansında olan mərkəz 1986-cı ildə yaradılmışdır[3]. Rəhbəri Telman Məmmədhəsənovdur[3].
Yanğın 2018-ci il martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin birinci korpusunda baş vermişdir[1].
İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş vermişdir[1].
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilmişdir. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunmuşdur. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilmiş, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilmişdir. Yanğın saat 08:30-da söndürülmüşdür[1].
Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilmişdir[1][4].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal hadisənin baş verdiyi Respublika Narkoloji Mərkəzinə gedərək vəziyyətlə tanış olmuşdur[1].
Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır[1].
Həyata keçirilən tədbirləri Azərbaycan Prezidenti şəxsi nəzarətə götürmüşdür[1]. Azərbaycan Respublikası Prezidentinin 2 mart 2018-ci il tarixli Sərəncamı ilə Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmışdır[2].