Cənubi Kuban düzənliyi

Cənubi Kuban düzənliyi (Kubanyanı maili düzənlik olaraq da tanınır[1]) — Krasnodar diyarındaAdıgey Respublikasındakı meylli düzənlik. Kuban-Priazovskaya ovalığından Qafqaz dağlarına qədər uzanır.[2] Düzənlik cənubdan, Qafqaz dağlarından şimala doğru Kuban çayına doğru meyillidir. Kuban çayının sol qollarının yaratdığı vadilər düzənliyi bir neçə suayrıcı yaylaya bölür.[3] Düzənliyin hündürlüyü 150-250 metr arasında dəyişir.

Cənubi Kuban düzənliyi
rus. Закубанская равнина
Ümumi məlumatlar
Mütləq hündürlüyü 150-250 m
Yerləşməsi
44°47′42″ şm. e. 38°54′37″ ş. u.HGYO
Ölkə  Rusiya
Cənubi Kuban düzənliyi xəritədə
Cənubi Kuban düzənliyi
Cənubi Kuban düzənliyi
Cənubi Kuban düzənliyi xəritədə
Cənubi Kuban düzənliyi
Cənubi Kuban düzənliyi

Cənubi Kuban düzənliyi Şərqi Avropa düzənliyi ilə Qafqaz dağlarının kəsişdiyi bir ərazidə yerləşdiyinə görə onu çox vaxt Önqafqaz ərazisinə və ya Kuban-Priazovskaya ovalığının ərazisinə daxil edirlər. Bəzən isə ümumən ayrıca göstərilmir[4][5][6].

Relyefi və geoloji qurluşu

[redaktə | mənbəni redaktə et]

Cənubi Kuban düzənliyi dağlıq ərazinin kənar əyilmə zonasına aid olub mürəkkəb geoloji quruluşa malikdir. Düzənlik səthi düz olub bəzi yerlərdə dalğavaridir. Çayları gətirdiy qədim çöküntülərlə örtülüb. Gətirmə məhsulları daha çox buzlaq mənşəlidir. Daha çox çınqıl və daşlı məhsullar üstünlük təşkil edir. Ərazidə lyös mənşəli çöküntülər qalın qat yaradır. Lyösa bənzər çöküntülərin altında Kuban çayının və onun bəzi qollarının eroziya fəaliyyəti nəticəsində yaranmış qədim allüvial gillər, qum və çınqıllar yerləşir.[7]

Düzənliyin qərb hissəsi Kuban çayı və dağlar arasında qalmış bir zolağı xatırladır. Bu zolağın şimal hissəsi bataqlaşmış ərazidir. Bunun əksinə düzənliyin şərq hissəi daha genişdir. Göstərilən ərazilərdə neogen yaşlı dəniz çöküntüləri üstünlük təşkil edir. Paleogen yaşlı dəniz çöküntüləri isə alçaq silsilələr və tirələr vasitəsilə təbaşir dövrünün süxurlarında ayrılır. Düzənliyin cənubunda, ərazidə ən yüksək olan tirə yerləşir. Tirə yura dövrü süxurlarından təşkil olunub. Bu zona, Qayalı silsiləni güclü, uzun və enli yastı sıldırım massivləri təmsil edir.[1]

Cənubi Kuban düzənliyinin iqlimi mülayim kontinental olub yarım quraqdır. Rütubətlənmə azdır. Yay ayları çox isti olub, iyulun orta temperaturu 21—24° C-dir. Qış soyu keçir və yanvarın orta temperaturu —2 - —5° C olur. İllik yağıntıların miqdarı 450—600 mm arasında dəyişir. [3]

  1. 1 2 "Геология и рельеф". 2015-05-02 tarixində arxivləşdirilib.
  2. "Краснодарский край / Том 6 / Водно-болотные угодия России". 2014-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. 1 2 "Западное и Среднее Предкавказье". 2014-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. Спиридонов А. И. Геоморфология европейской части СССР. — Учебное пособие. — М.: Высшая школа, 1978. — 335 с.
  5. Воскресенский С. С., Леонтьев О. К., Спиридонов А. И., С. А. Лукьянова, Н. С. Ульянова, Г. С. Ананьев, Т. С. Андреева, С. И. Варущенко, И. И. Спасская. Геоморфологическое районирование СССР и прилегающих морей. — Учебное пособие. — М.: Высшая школа, 1980. — 343 с.
  6. Воскресенский С. С. Геоморфология СССР. — Учебник. — М.: Высшая школа, 1968. — 368 с.
  7. "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)