Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qayalı silsilə — Qafqazda dağ silsiləsi. Qayalı silsilə Böyük Qafqaz dağlarının şimal yamacında yerləşən üçüncü paralel silsilədir. Silsilə qısa dağ massivləri və yaylaları ilə diqqəti cəlb edir. Sovetlər zamanı silsilənin sərhədlərini Belaya çayından (Kuban hövzəsi) başlayıb Assa çayında (Terek hövzəsi) bitdiyini göstərirdilər. Silsilənin ümumi istiqaməti qərb-şimali-qərbdən — şərq-cənubi-şərqə yönəlib. XXI əsrdə həyata keçirilən araşdırmalar nəticəsində silsilənin sərhədləri belə müəyyənləşdirildi: Çekups və Psebesps çaylarından başlayır (Kuban hövzəsi) və Andiy Koysu çayında (Sulak hövzəsi) bitir. Qayalı silsilənin ən yüksək zirvəsi— Qaraqaya dağıdır. (3646,0 m).
Qayalı silsilə | |
---|---|
rus. Скалистый хребет | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3646 m |
Uzunluğu | 931 km |
Yerləşməsi | |
43°11′33″ şm. e. 43°24′40″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Yerləşməsi | Böyük Qafqaz |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya imperiyası zamanında oroqrafik sistematikada bu oronimdən istifadə olunmurdu. Uzun müddət Qayalı silsilə Qara dağlar adı ilə adlanırdı. Silsilə tamamilə Rusiya Federasiyası ərazisinə daxildir: Krasnodar diyarı, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkariya, Şimali Osetiya, İnquşetiya, Çeçenistan, Dağıstan.
Qayalı silsilə adına Rusiya imperiyası ədəbiyyatlarında rast gəlinmir. Nə «Rusiya imperiyasının coğrafi-statistik lüğıtində» (1863—1885), nə də «Brokhauz və Efronun ensiklopedik lüğətində» (1890—1907) bu barədə məlumat yoxdur.
Ehtimal olunur ki, Qayalı silsilə ilk dəfə Sovet dönəmində meydana gəlib. Adın meydana gələməsinə səbəb isə silsilənin cənub, dik yamaclarının əhəng daşı süxurlarında təşkil olunmuş qayalı bir zolaq təşkil etməsi idi.[1]
Qayalı silsilə hamarlanmış, yayla formalı tirələrdən ibarət olub alçaq, orta və yüksək dağlardan ibarətdir. Silsilənin şimal yamacı az meyillidir, cənub yamacı isə çox dikdir. Bəzi zirvələr qar xəttinə çatmasa da silsilə yüsək dağlıq xarakteri daşıyır. Dağ silsiləsində davamlılıq pozulur. Bəzi ərazilərdə ayrıca massivlər və yaylalar mövcuddur. Kuban, Terek və digər hövzələrini çayları tərəfindən kəsilib.[2] Silsilə dərin, mənzərəli kanyon formalı dərələrdən ibarətdir. Ərazidəki ən böyük dərələrə Çeqem, Çerek və Urux dərəsini göstərmək olar.[3]
Qayalı silsilə geoloji baxımdan əsasən alt təbaşir və üst yura dövrünün əhəng daşlarından təşkil olunub.[4]