Cənubi Qafqaz dəmir yolu (erm. Հարավկովկասյան Երկաթուղի) — Rusiya Dəmir Yollarının 100 % törəmə şirkətidir. 13 fevral 2008-ci ildə İrəvanda "Ermənistan dəmir yolları" MMC 100% Rusiya dəmir yolları MMC törəmə qolu olan Cənubi Qafqaz dəmir yolları ASC balansına verilmişdir. Bu şirkət bir sıra öhdəliklər götürmüşdür:
Cənubi Qafqaz dəmir yolu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye | İctimai nəqliyyat |
Təsis tarixi | 2008 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
railway.am/ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Ermənistan dəmir yollarının güzəştə verilməsi barədə razılaşmada şirkətin öhdəliklərini lazımınca yerinə yetirməməsi halında Rusiya tərəfinin "57 milyon dolları keçməyən" məbləği ödəməli olduğu qeyd edilir[1][2].
2019-cu ilin sentyabrında Rusiya Nəqliyyat Nazirliyi, Rusiya Dəmir Yollarının Ermənistan dəmir yolunun idarə edilməsinə dair müqavilənin erkən ləğv olunma ehtimalını nəzərdən keçirə biləcəyi barədə bir açıqlama verir[3].
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Rusiya tərəfi ilə dəmir yolunun idarə olunması ilə bağlı danışıqları davam etdirir[4].
Dəmir yolunun eni — 1520 mm[5].
İşləyən stansiyaların sayı — 55.
Sərnişin qatarlarının maksimal sürəti 100 km/saat, minimum 40 km/saatdır. Yük qatarlarının maksimum sürəti 70 km/saat, minimum 25 km/saatdır.
Dəmiryol yolları 3.3 kV-lik birbaşa cərəyan gərginliyində olan çəkmə elektrik təchizatı üçün əlaqə şəbəkəsi ilə təchiz edilmişdir.
Əsasən VL-10 elektrik lokomotivləri və ChME3 lokomotivləri istifadə olunur. İrəvan-Gümrü-İrəvan marşrutu üzrə sürətli elektrik qatar EP2D 2018-ci ilin mart ayından bəri işləyir. 2018-ci ilin sonuna qədər eyni qatarın ikincisinin çatdırılması həyata keçirildi.
İstifadə olunmayan xətlər:
• Erasx — Naxçıvan (Azərbaycan) ilə dövlət sərhədi;
• Gümrü-Axuryan — Türkiyə ilə dövlət sərhədi;
• Dilican — İcevan — Azərbaycanla dövlət sərhədi.
2008-ci ilə olan məlumata görə şirkət itkilərlə işləyir[6].
Ermənistanda ümumi dəmir yollarının uzunluğu 1328,6 km, əsas yolların uzunluğu isə 780 km təşkil edir. İllik yük daşıma qabiliyəti 50 milyon tondur. 5,5 milyon sərnişinə xidmət edə bilər.
"Cənubi Qafqaz dəmir yolları" ASC balansında olan 728 kilometrlik dəmir yolu tamamən elektrikləşdirilmişdir.
Şirkətin balansında 75 stansiya vardır. Ölkəyə dörd keçid mövcud olsa da, cəmi biri açıqdır:
Dəmir yolu xəttləri və imkanları: Əsas yolların uzunluğu 780 km, 2,56 % yol iki xətlidir;
Elektrikləşdirilmiş dəmir dəmir yolu xətti 98 %; 3,3;
Yük vaqonlarının sayı 2035;
Elektrovozlar 49 (ВЛ8–18, ВЛ10–31)
Sərnişin vaqonlarının sayı 158;
Teplovozların sayı 55.