CAR–Qazaxıstan münasibətləri

Qazaxıstan–CAR münasibətləriQazaxıstanCAR arasındakı ikitərəfli münasibətlər.

Qazaxıstan–Özbəkistan münasibətləri
 Qazaxıstan  Cənubi Afrika Respublikası

Diplomatik əlaqələrin qurulması

[redaktə | mənbəni redaktə et]

Qazaxıstan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələr 5 mart 1992-ci ildə qurulmuşdur.

Cənubi Afrika Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyi 2003-cü ilin dekabrında açılır.

Qazaxıstan Respublikasının Cənubi Afrika Respublikasındakı səfirliyi 2013-cü ilin dekabrında açılmışdır.

Siyasi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, BMT-nin Davamlı İnkişaf Komissiyasının Yohannesburqdakı X iclası tərəfindən təşkil olunmuş Dünya Davamlı İnkişaf Sammitində iştirak edir[1].

2007-ci ildə Qazaxıstan Respublikası Sənaye və Ticarət Nazirliyinin bir nümayəndə heyəti ticarət və iqtisadi əməkdaşlıq yollarını müzakirə etmək üçün Cənubi Afrikaya səfər edir.

2008-ci ilin dekabrında hakim Afrika Milli Konqres Partiyasının başçısı Yakob Zuma Qazaxıstana işgüzar səfərdə olur. Astanada olduğu müddətdə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşür və bu görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilir.

28 sentyabr 2010-cu ildə Cənubi Afrikanın paytaxtı Pretoriyada, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi ilə Cənubi Afrika Respublikasının Beynəlxalq Münasibətlər və Əməkdaşlıq Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutur.

10 noyabr 2010-cu il tarixində Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin İcra katibinin Cənubi Afrikaya işgüzar səfəri baş tutdur. 2 may 2012-ci il tarixində Astanada siyasi məsləhətləşmələrin ikinci mərhələsi baş tutur.

29 oktyabr 2012-ci il tarixində Cənubi Afrikaya işgüzar səfəri zamanı Qazaxıstan Respublikası Xarici İşlər Nazirinin müavini Kayrat Sarıbayev Cənubi Afrika Respublikasının Prezidenti Yacob Zuma ilə görüşür və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şəxsi mesajını çatdırır[2].

11–13 oktyabr 2013-cü il tarixlərində Pretoriya iki ölkənin xarici işlər nazirinin müavinləri səviyyəsində üçüncü siyasi məsləhətləşmələrə ev sahibliyi edir. Görüş zamanı tərəflər ikitərəfli, o cümlədən siyasi, ticarət-iqtisadi və mədəni sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə edir[3].

5–6 noyabr 2014-cü il tarixlərində Astana şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü turu baş tutur. Siyasi dialoqun ən yüksək səviyyədə gücləndirilməsi və inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə edilir[4].

11 noyabr 2016-cı il tarixində Astana şəhərində iki ölkənin xarici işlər nazirlikləri arasında 5-ci siyasi məsləhətləşmələr baş tutur. Tərəflər beynəlxalq aləmdə əməkdaşlığı genişləndirməyə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə aktual mövzularda məsləhətləşməyə, texnoloji mübadiləsi, elm və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyirlər[5].

Ticarət və iqtisadi əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin yanvar-dekabr aylarında Qazaxıstan Respublikası ilə Cənubi Afrika Respublikası arasında ticarət dövriyyəsi 35,9 milyon ABŞ dolları təşkil etmişdir (Qazaxıstan Respublikası Statistika Agentliyinə görə)[6].

2015-ci ilin dekabr ayında Astanada hərbi və mülki texnika istehsalı üçün "Qazaxıstan Paramount Engineering" ortaq şirkətinin bir zavodu açılır[7].

  1. "Назарбаев поехал в Африку". Номад. 3 сентября 2002. 2018-08-14 tarixində arxivləşdirilib.
  2. "В положительном решении вопроса поддержки кандидатуры Казахстана по линии «Юг-Юг» может оказать содействие ЮАР". МИА «Казинформ». 31 октября 2012. 2018-08-14 tarixində arxivləşdirilib.
  3. МИД Казахстана и ЮАР провели очередной раунд политических консультаций. "2". Tengrinews.kz. 11 октября 2013. 2018-08-15 tarixində arxivləşdirilib.
  4. "IV раунд политических консультаций между ЮАР и Казахстаном". Сайт Астаны city01.kz - лента новостей и последние события в городе. 28 oktyabr 2014. 2018-08-14 tarixində orijinalından arxivləşdirilib.
  5. "МИД РК и ЮАР провели политические консультации". Последние новости Казахстана и мира на сегодня: прогнозы, аналитика, политика, экономика Казахстана на Kursiv.kz. 12 noyabr 2016. 2018-08-15 tarixində arxivləşdirilib.
  6. "Экономическое сотрудничество". Посольство РК в Южно-Африканской Республике. 6 ноября 2016. 2018-08-14 tarixində arxivləşdirilib.
  7. Рысты Алибекова. "Броня крепка". Казахстанская правда. 1 декабря 2015. 2018-08-14 tarixində arxivləşdirilib.