Arış — Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kənd inzibati ərazi dairəsində kənd.[2]
Arış | |
---|---|
39°32′01″ şm. e. 47°06′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 145[1] nəfər (2009) |
Vikianbarda əlaqəli mediafayllar |
15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Kənd Qarabağ silsiləsinin ətəyindədir. Türk dillərində arış/arıs sözü tayfanın bir qolu"; "arabanın yan qoşqusu"; "çovdar" mənalarını ifadə etmişdir. 1933-cü ildə Gədəbəy rayonunda Arışlı kəndi, 1917-ci ildə Quba qəzasında Arısküş kəndi qeydə alınmışdır. Başqırdıstanın Pobonin yaşayış məntəqəsinin adı əvvəllər Arış olmuşdur. Qazaxıstanda Sırdərya çayının sağ qolu, həmin çayın sol sahilində şəhər və Qızıl Orda vilayətində şor göllərdən biri Arıs adlanır. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Arış — tayfadan bir qol; Arışlı — çovdarlı, Arışküş — çovdar zəmisi; Arıs — çay qolu deməkdir.[3]
Kəndin adı Osmanlı türkcəsində Əriş formasındadır. Türk dillərində arış "Tayfanın (elin) qolu" sözündəndir.[4]
Füzuli rayonunun Arış kəndində 1993-cü ilə kimi 70-ə yaxın ev olub. Tam siyahı olmadığı üçün 500 çox şəxs yaşamışdır.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.