Cabbar Xəlilov

Xəlilov Cabbar Əsədulla oğlu (9 may 1928-29 mart 1994) — Azərbaycan arxeoloqu, Qafqazşünas alim, tarix elmləri doktoru, professor, Azərbaycanda çöl arxeologiyasının əsas təşkilatçılarından biri.

Cabbar Xəlilov
Cabbar Əsədulla oğlu Xəlilov
Doğum tarixi
Doğum yeri Xucbala, Quba rayonu, Azərbaycan SSR
Vəfat tarixi (65 yaşında)

C.Ə.Xəlilov 1928-ci il mayın 9-da Quba rayonunda Alpan çayının (Quru çay) sahilində yerləşən Xucbala kəndində anadan olmuşdur. 1941-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir. Onun yeniyetməlik illəri II Dünya müharibəsinin davam etdiyi bir dövrə təsadüf edir. Bu zaman o, ilk əmək fəaliyyətinə başlamışdır. Bu çətin dövrü arxada qoyduqdan sonra 1946-cı ildə Quba Pedaqoji məktəbinə qəbul olunmuş, 1947-ci ildə həmin məktəbdə təhsilini başa vuraraq elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.

C.Ə. Xəlilov 1952-ci ildə universitetdə arxeologiya ixtisası üzrə təhsilini başa vurmuş, professor Y.A. Paxomovun rəhbərliyi altında "Skif və sarmatlarda atJarm dəfni və onların Azərbaycanda təsadüf edilmiş qəbirlərlə müqayisəsi" mövzusunda diplom işini müdafiə etmişdir. Onun arxeoloji çöl-tədqiqat işlərinə ilk dəfə cəlb olunması 1950-ci ilə təsadüf edir. Həmin ildə o, müəllimi məşhur arxeoloq S.M. Qazıyevin rəhbərliyi altında Mingəçevir arxeoloji abidələri kompleksində küp və katakomba qəbirlərinin qazıntılarında iştirak etmişdir. Hələ tələbə ikən onda təşkilatçılıq bacarığı üzə çıxmış və universitetdə təhsil almaqla yanaşı 1952-ci ildə o, Azərbaycan tarixi muzeyinin Arxeoloji texnologiya laboratoriyasına muzeyin direktoru S.M. Qazıyev tərəfindən müdir təyin edilmişdir.

1952-ci ildə C.Ə.Xəlilov Qafqaz arxeologiyası ixtisası üzrə əyani aspiranturada təhsil almaq üçün Moskva şəhərinə (Rusiya) SSRİ Elmlər Akademiyasının Maddi-mədəniyyət tarixi institutuna (indiki Rusiya EA Arxeologiya İnstitutu) ezam edilmişdir. 1955-ci ildə o, Moskvada Lenin mükafatı laureatı Y.İ.Kmpnovun elmi rehbərliyi altında "Qərbi Azərbaycanın son tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Müvəffəqiyyətlə keçən müdafiədə o zaman SSRİ Dövlət mükafatı laureatı, sonralar isə akademik olan B.B. Piotrovski, hal-hazırda Rusiya EA Arxeologiya institutunun direktoru, Rusiya EA müxbir-üzvü R.M. Munçayev rəsmi opponentlər kimi çıxış etdilər. Aspirantura illərində o, görkəmli Rusiya arxeoloqu A.A. İyessenin rəhbərlik etdiyi SSRİ EA və Azərbaycan EA-nın birgə Azərbaycan (Örən-qala) arxeoloji ekspedisiyasının tərkibində (1953-cü il) və habelə S.M. Qazıyevin rəhbərliyi altında Qazax rayonundakı Qazaxbəyli abidəsinin (e.ə. VIII-VI əsrlər) tədqiqatlarında (1954-cü il) iştirak etmişdir. Gədəbəy yaxınlığındakı Pir qalaçası siklop tikintisində apardığı kəşfiyyat qazıntısı (1954-cü il) C.Ə. Xəlilova ilk dəfə belə bir fikir irəli sürməyə imkan vermişdir ki, Azərbaycanın siklop tikililərinin bir qrupu daimi yaşayış məskənləri olmuşdur. Bu və digər elmi flkirlər alimin 1959-cu ildə nəşr etdirdiyi "Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abidələri" kitabında öz əksini tapmışdır.

C.Ə. Xəlilov 1956-cı ildən etibarən Azərbaycan EA Tarix İnstirutunda I işləməyə başlamışdır. 1958-ci ildə Azərbaycan EA Rəyasət Heyəti C.Ə. Xəlilova "arxeologiya" ixtisası üzrə baş elmi işçi adını vermişdir. 1968-ci ildən ömrünün I sonunadək o, əsasını qoyduğu Çöl-tədqiqat işləri şöbəsinə rəhbərlik etmişdir. Azərbaycanın bütün bölgələrində arxeoloji, etnoqrafik ekspedisiyalarm təşkili və onların fəaliyyətinə nəzarət bu şöbənin səlahiyyətlərinə aid olmuşdur. Məhz C.Ə. Xəlilovun şöbə müdiri kimi fəaliyyəti dövründə arxeoloji ekspedisiyaların işini Azərbaycanın bütün bölgələrində təşkil etmək mümkün olmuşdur.

İnstitutda işlədiyi ilk illərdə o, İ.H. Nərimanovla birgə Qazax rayonundakı Qazaxbəyli (1956-cı il) və Sarıtəpə (1956-1957-ci illər) abidələrində, Q.M. Əhmədovla birgə Ağdaş rayonundakı alban dövrünə aid Çayboğazı (1957-ci il), Hacıqabul rayonunun Tava və Qubalı kəndləri ətrafındakı orta əsr abidələrində (1958-ci il) tədqiqatlar aparmışdır.

1957-ci ildə C.Ə.Xəlilov ilk dəfə arxeoloji ekspedisiya rəisi kimi fəaliyyətə başlamışdır. Həmin ildə o, Azərbaycan tarixi muzeyinin ekspedisiyasına başçılıq edərək Xızı rayonunun Altıağac kəndi yaxınlığında, orta əsr Dərəzarat və başqa abidələrdə arxeoloji tədqiqat işləri aparmışdır. Sonralar onun rəhbərliyi altında Azərbaycan EA Tarix, habelə Arxeologiya və etnoqrafıya instirutlarının Şamaxı (1958-1975-ci illər), "Azərbaycanın arxeoloji abidələrinin külliyyatı" (1976-1980-cı illər), Gəncə-Qazax (1981-1982-ci illər), Quba-Xaçmaz (1983-1994-cü illər) kimi iri ekspedisiyaları fəaliyyət göstərmişdir.

Sarıtəpə abidəsində e.ə. V-IV əsrlərə aid möhtəşəm bir saray qalıqlarının üzə çıxarılması və burada Əhəməni imperiyasmm canişinlərindən birinin iqamətgahının yerləşdiyinin müəyyən edilməsi, Şamaxı şəhəri yaxmlığındakı Xınıslı şəhərgahında qədim yunan müəllifı (II əsr) Klavdi Ptolemeyin xatırladığı Samexiya (Kamexiya) alban şəhərinin qalıqlarının aşkar edilməsi və beləliklə, Şamaxı şəhərinin 2400 yaşı olduğunun müəyyən edilməsi C.Ə. Xəlilovun əsas arxeoloji nailiyyətləri sırasına daxildir. 1958-1974-cü illərdə tədqiq olunmuş Xınıslı abidəsindən 3500-ə yaxın müxtəlif arxeoloji materiallar üzə çıxarılmışdır. Bunların arasında Qədim Romada istehsal edilmiş qızıl örtüklü qartal formalı sancaq, hun sənətinə aid qiymətli daşlarla bəzədilmiş qızıl örtüklü diadem, İran şahənşahının ov səhnəsini əks etdirən, İranda Sasani dövründə istehsal edilmiş qızıl suyuna çəkilmiş gümüş cam və digərləri əsil qiymətli incəsənət əsərləridir. Bu tapıntılar hal-hazırda Azərbaycan tarixi muzeyinin xüsusi fondunda mühafizə edilir.

Çöl tədqiqatları ilə paralel olaraq C.Ə. Xəlilov "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. IV – b.e. III əsrləri)" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. C.Ə. Xəlilovun bu mövzuya istiqamətlənməsi bəlkə də taleyin qisməti idi. Axı o, alban etnosunun adını qoruyub saxlamış Alpan çayın sahilində dünyaya göz açmışdı. O, mövzu üzərində işləyərkən tez-tez Dağıstana (Rusiya) səfərlər edir, alban dövrü arxeoloji abidələrində aparılan qazıntı işlərinin gedişi və əldə edilən materiallarla yerində tanış olurdu.

1974-cü ildə C.Ə. Xəlilov dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Sonralar bu işi yeni materiallarla zənginləşdirən alim 1985-ci ildə "Qafqaz Albaniyasının maddi mədəniyyəti" adlı kitabı nəşr etdirmişdir. C.Ə. Xəlilovun tədqiqatlarına qədər belə bir fikir hökm sürürdü ki, Albaniyada bir-birinə yad olan ayrı-ayrı tayfalar yaşamış və onlar özlərinə məxsus mədəniyyətlər yaratmışlar.

C.Ə. Xəlilov yeni konsepsiya işləyib hazırladı və müəyyən etdi ki, Albaniyadakı tayfalar eyni kökdən intişar tapmış və lokal variantlara malik vahid Alban mədəniyyətini yaratmışlar. Erməni tarixşünaslığının təsiri altında olan bir sıra sovet tarixçiləri çap etdirdikləri müxtəlif əsərlərdə albanların iqtisadi, ictimai və mədəni cəhətdən öz qonşularından geri qaldığını dəfələrlə təkrar edirdilər. C.Ə. Xəlilov tutarlı dəlillər gətirərək Azərbaycanın qədim sakinləri olan albanların Ermənistan və Gürcüstandakı qonşularından nəinki geri qalmadıqlarını, hətta əkinçilik, maldarlıq, saxsı məmulatı istehsalı, hərb sənəti və başqa sahələrdə Qafqazda ön mövqeyə sahib olduqlarmı təsdiq etdi. Hələ 1974-cü ildə doktorluq dissertasiyasının müdafiəsi zamanı C.Ə. Xəlilovun rəsmi opponentləri olan Ermənistan EA müxbir üzvü B.N. Arakelyan, Gürcüstan EA müxbir üzvü A.M. Apakidze bu yeni elmi nəticələrlə razılaşmalı olmuşdular. Sovet tarix kitablarında və xəritələrində erməni tarixşünaslığının təsiri altında belə bir fikir qəbul edilmişdi ki, guya Kür çayından cənubdakı Azərbaycan torpaqları əzəldən qədim Ermənistana mənsub olmuşdur.

C.Ə. Xəlilov sübut etdi ki, vahid alban arxeoloji mədəniyyəti Kür çayının hər iki sahilində təşəkkül tapmış və bu torpaqlar ən qədim zamanlardan Albaniyaya məxsus olmuşdur. Əsər haqqında Ümumittifaq Müəllif hüquqları agentliyinin bülletenində çap olunmuş elmi rəydə bu kitab "Qafqazın qədim dövlətinin yeni kəşfi" kimi xarakterizə edilmiş və xarici ölkələrdə çap edilmək üçün təklif olunmuşdur. Avropa elm dairələrində Qafqaz albanları və onların mədəniyyəti haqqında dəqiq məlumatın az olması bunu zəruri edirdi. Balkan ölkələrində mənbəyi bilinməyən belə bir məlumat yayılmışdı ki, guya Azərbaycanda son arxeoloji tədqiqatlar Balkan və Qafqaz albanlarının mədəniyyətləri arasında birbaşa əlaqələri aşkar etmişdir. Bunu 1989-cu ildə Yuqoslaviyanın "Galaksija" elmi jurnalının C.Ə. Xəlilova göndərilmiş sualları da təsdiq edirdi.

Şimal-Şərqi Azərbaycanın abidələri hələ 1958-ci ildən C.Ə. Xəlilovu özünə cəlb etmişdir. Azərbaycan arxeoloji abidələri külliyyatının tərtib olunması ilə əlaqədar təşkil edilmiş xüsusi ekspedisiya C.Ə. Xəlilovun rəhbərliyi altında 1976-1980-cı illər ərzində Quba, Qusar, Dəvəçi, Siyəzən, Xaçmaz rayonları ərazisində 200-dən çox abidə qeydə almış, onların çoxunda kəşfiyyat qazıntı işləri apararaq mədəni təbəqələrini müəyyən etmişdir. Şabran, Sandıqtəpə şəhərgahlarında, tunc və orta əsr dövrlərinə aid Sərkərtəpə yaşayış yerində aparılmış genişmiqyaslı arxeoloji qazıntı işləri Qafqaz arxeologiyasına öz əhəmiyyətli töhfələrini bəxş etmişdir. Sandıqtəpə abidəsində aparılan arxeoloji qazıntı işləri nəticəsində Quba şəhərinin IV-XIIII əsrlərdə burada yerləşməsi və beləliklə, Qubanın təqribən 1700 yaşı olduğu müəyyən edilmişdir. Bu tədqiqatların nəticələri bir sıra məqalələrdə, habelə f müştərək yazılaraq 1991-ci ildə nəşr edilmiş "Şimal-Şərqi Azərbaycanın arxeoloji I abidələri" kitabında öz əksini tapmışdır. Azərbaycanın arxeoloji abidələrinin I külliyyatının tərtibi sahəsində ilk əsər olan bu kitab həmin silsilənin digər cildləri üçün nümunə rolunu oynaya bilər. Bu kitaba daxil edilmiş arxeoloji abidələrin l xronoloji çərçivəsi e.ə. III minillikdən b.e. XVIII əsrinədək olan təqribən 5000 illik I dövrü əhatə edir. Bunların sırasında Xucbala, Qüxuroba, Rustov abidələrinin I bölgənin etnik tarixinin öyrənilməsi baxımından, Canaxır abidəsinin isə alban şəhər I mədəniyyəti probleminin araşdırılması baxımından mühüm əhəmiyyəti vardır.

1981-1982-ci illər ərzində köhnə Gəncə şəhərgahında apardığı arxeoloji qazıntı işləri nəticəsində C.Ə. Xəlilov şəhərin IX əsrdən XVII əsrədək olan dövrə I aid mədəni təbəqələrini və qiymətli sənət nümunələrini üzə çıxarmışdır. Bunların I sırasında Çində istehsal edilmiş və üzərində heroqlif yazılar olan çini qabları xüsusi I qeyd etmək lazımdır.

C.Ə. Xəlilov Azərbaycanda, keçmiş SSRİ-nin digər respublikalarında, həmçinin I nin xaricdə müxtəlif dillərdə 150-dən çox elmi əsər çap etdirmişdir. Bu qisimdən 1 akademik B.A. Rıbakovun ümumi redaktorluğu altında "SSRİ arxeologiyası" fundamental çoxcildliyinin nəşrində C.Ə. Xəlilovun iştirakını xüsusi qeyd etmək I lazımdır. O, bu tədqiqat əsərinin çap olunmuş cildlərinin müəllilləri arasında yeganə 1 azərbaycanlı arxeoloqdur. Müəlliflərindən biri olduğu cild "Qafqaz və Orta Asiyanın I ən qədim dövlətləri" adı altında 1985-ci ildə Moskvada nəşr edilmişdir. Beləliklə, I C.Ə.Xəlilov Azərbaycandan kənarda kitabı çıxmış ilk azərbaycanlı arxeoloqdur. Bu I kitabın nəşrinə qədər A.P. Novoseltsev kimi bəzi sovet tarixçiləri Albaniya I arxeologiyasının yeni nəticələri ilə razılaşmaq istəmirdi. Həmin müəllif 1980-cı ildə nəşr etdirdiyi və elmi redaktoru S.Q. Ağacanov olan "Zaqafqaziya ölkələrində feodalizmin genezisi" kitabında C.Ə. Xəlilovu xüsusi qeyd edərək həmin nəticələrin mübahisəli olduğunu bildirmişdir. Lakin "Qafqaz və Orta Asiyanın ən qədim dövlətləri" kitabında XX əsr üçün arxeologiya elmində qəbul edilmiş fıkirlərin I sırasma C.Ə. Xəlilovun Albaniya mədəniyyətinə yuxarıda qeyd olunan baxışlarının daxil edilməsi bütün şübhələrə son qoymuş oldu. Həmin kitabda alban mədəniyyətinin Kür çayının hər iki sahilində yayıldığını əks etdirən və sovet I arxeologiyasında tanınmış xəritənin çap edilməsi təkcə C.Ə. Xəlilovun deyil, onun timsalında bütün Azərbaycan arxeologiyasının böyük uğuru idi. Yaxın aylarda Moskvada C.Ə. Xəlilovun müəlliflər sırasına daxil olduğu "Krım və Qafqaz orta 1 əsrlərdə" adlı iri həcmli kitabın nəşr edilməsi gözlənilir. C.Ə. Xəlilov çapa hazırlanan "Azərbaycan arxeologiyası" çoxcildliyinin də müəlliflərindən biridir. C.Ə. Xəlilovun əsərlərini Almaniyada çıxan "Das Altertum", Moskvada nəşr olunan "Sovetskaya arxeoloqiya", "Vestnik drevney istorii" və s. bu kimi məşhur elmi jurnallar həvəslə çap edirdilər. Onunla Almaniya, Çexiya, Macarıstan, Polşa, Bolqarıstan, Yuqoslaviya, İtaliya, İran və başqa ölkələrin alimləri və elmi müəssisələri əlaqə saxlayırdılar.

C.Ə.Xəlilovun beynəlxalq, ümumittifaq elmi məclislərdə etdiyi məruzələr həmişə çox böyük maraqla qarşılanmışdır. Bu baxımdan 1976-cı ildə antikşünasların XIV Beynəlxalq "Eyrene" konfransında səslənən "Şamaxı antik dövrdə" adlı məruzəsi diqqətəlayiqdir. Bu beynəlxalq konfransda C.Ə. Xəlilov alman həmkarı B. Bötger (Berlin) ilə birgə "Ən yeni arxeoloji kəşflər" bölməsinin iclaslarmdan birinə sədrlik etmişdir. Beləliklə, C.Ə. Xəlilov beynəlxalq elmi konfransda iclasa sədrlik etmiş ilk azərbaycanlı arxeoloqdur. C.Ə. Xəlilovun Azərbaycandan kənarda iştirak etdiyi ilk elmi məclis 1956-cı ildə İrəvanda (Ermənistan) keçirilmiş "Qafqaz arxeologiyası konfransı" olmuşdur. Bundan sonra alim Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Tacikistan və başqa ölkələrdə 20-dən çox beynəlxalq və ümumittifaq elmi məclislərdə plenar, sessiya və bölmə iclaslarında məruzələrlə çıxış etmiş, bir sıra belə məclislərdə iclaslara sədrlik etmişdir. "Sovet arxeologiyası XI beşillikdə" Ümumittifaq arxeoloji konfransmda (Bakı, 1985) plenar iclasında məruzə etməklə yanaşı C.Ə. Xəlilov çap edilmiş konfrans materialları məcmuəsinin məsul redaktoru (Rusiya arxeoloqu V.P.Şilov ilə birgə) və təşkilat komitəsinin həmsədri olmuşdur.

C.Ə. Xəlilov arxeoloji abidələrin təbliğatı, bərpası və mühafızəsi işlərinə böyük diqqət yetirirdi. Yəqin ki, "Dədə Qorqud" bədii fılminin (1975-ci il) ilk və son kadrlarındakı çöllərə səpələnmiş daş insan heykəllərini hamı xatırlayır, lakin çoxları bilmir ki, bunlar filmin çəkiliş ərəfəsində süni yaradılmış müqəvvalar deyil, qədim tarixi abidələrdir. Həmin heykəllər 1965-1968-ci illərdə C.Ə. Xəlilov tərəfındən Şamaxı rayonunun Çıraqlı kəndi yaxınlığındakı qədim abidədən aşkar edilmişdir. Filmin çəkilişi zamanı bu heykəllər haqqında eşidən quruluşçu rejissor Tofiq Tağızadə və ssenari müəllifı Anar yaradıcı qrupla xüsusi olaraq bu məqsədlə Şamaxıya gəlmiş və heykəllərlə bağlı kadrları burada lentə köçürmüşlər. C.Ə. Xəlilov Azərbaycanın maddi mədəniyyət abidələrinə həsr olunmuş bir neçə sənədli televiziya filmlərinin də rəsmi elmi məsləhətçisi olmuşdur.

Arxeoloji materialların bərpası və qorunması işində C.Ə. Xəlilovun əməli fəaliyyətini yuxarıda xatırlanan qızıl suyuna çəkimiş gümüş qabın taleyi bir daha sübut edir. Parçalanmış vəziyyətdə tapılmış bu qabın bərpası yalnız Moskvada Dövlət Tarıx muzeyində mümkün idi. Lakin orada bərpa işlərinə başlamağa bir şərtlə razılıq verdilər ki, həmin qab mühafızə üçün Moskva muzeyinə veriləcəkdir. Yalnız C.Ə. Xəlilovun qətiyyətli mövqe tutması nəticəsində bu nadir sənət nümunəsi 1970-ci ildə V.N. Darkeviç tərəfındən Moskvada bərpa edildikdən sonra Azərbaycana qaytarılmış və hal-hazırda Azərbaycan tarixi muzeyinin xüsusi qiymətli əşyalar fondunda qorunub saxlanılır.

C.Ə. Xəlilov 1979-cu ildən Azərbaycan tarix və mədəniyyət abidələrinin könüllü mühafızə cəmiyyətinin ictimai müfəttişi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan "Bilik" cəmiyyətinin xətti ilə müxtəlif bölgələıdə mühazirələr oxumuş vəhəmin cəmiyyətin təşəkkür fərmanı ilə təltif olunmuşdur (1981-ci il). Arxeoloji tədqiqatlar barədə jumalistlərə verdiyi müsahibələr televiziya və radioda səslənmiş, mətbuatda çap edilmişdir. C.Ə.Xəlilov arxeoloji abidələrin təbliği məqsədilə dövrü mətbuatda 40-a yaxın məqalə çap etdirmiş, 1961-ci ildə "Maddi-mədəniyyət abidəl-rinin əhəmiyyəti və mühafızəsi" adlı kitab nəşr etdirmişdir. C.Ə.Xəlilov 1974-cü il-də Şamaxı şəhərində "Tarix və mədəniyyət abidələrinin mühafızəsi ümumxalq işidir" mövzusunda elmi konfrans keçirmiş və səyyar sərgi təşkil etmişdir. Bundan bir 1 qədər əwəl 1970-ci ildə C.Ə.Xəlilov SSRl Xalq təsərrüfatı nailiyyətləri Baş ko-mitəsi tərəfindən SSRİ XTN sərgisinin rəsmi iştirakçısı kimi xüsusi şəhadətnamə ilə təsdiq edilmişdir və Moskvada həmin sərgidə Azərbaycanın arxeoloji qazıntılar nəti- 1 cəsində əldə edilmiş maddi-mədəniyyət nümunələrinin nümayişini təşkil etmişdir. Həmin ildə o, Moskvada SSRl Mədəniyyət nazirliyinin Mədəniyyət abidələrinin mühafizəsi üzrə Elmi-metodiki şurasmm birgə plenumunda çıxış etmişdir. 1973-cü ; ildə Azərbaycan SSR Ali Sovetinin 5-ci sessiyasındakı nitqində mədəniyyət naziri Z.N.Bağırov bir neçə arxeoloqla yanaşı C.Ə.Xəlilovun da elmi fəaliyyətinə yüksək qiymət vermiş və göstərmişdir ki, belə arxeoloqların zəhməti "mədəniyyət abidəiə-rinin qorunması, bərpası və təbliği ilə əlaqədar olan bütün işlər üçün möhkəm elmi zəmin yaratmışdır". C.Ə.Xəlilov 1976-cı ildən etibarən Azərbaycan Mədəniyyət nazirliyinin sifarişi ilə Quba-Xaçmaz bölgəsi arxeoloji abidələrinin pasportlaşdırıl-ması işini görmüşdür.

Şöbə müdiri olmaqla yanaşı eyni zamanda Azərbaycan EA Tarix, 1993-cü ildən isə Arxeologiya və etnoqrafıya institutunun Çöl-tədqiqatları bürosunun sədri vəzifəsini daşıyan C.Ə.Xəlilov institutun ekspedisiyalarının elmi hesabatlarının və digər sənədlərin qorunub saxlanılması üçün xüsusi Arxiv yaratmışdır. C.Ə.Xəlilovun fəaliyyəti dövründə burada toplanmış təkcə çöl-tədqiqat işlərinin yekunlarına həsr olunmuş geniş elmi hesabatların sayı 600-ə yaxmdır.

C.Ə.Xəlilov yalmz arxeoloji abidələrin mühafizəsi məsələləri ilə deyil, eyni zamanda Azərbaycanda arxeologiya elminin banilərinin elmi irsinin mühafizəsi qay-ğısına da qalırdı. Stalinin şəxsiyyətinə pərəstiş dövrünün arxada qalmasına baxma-yaraq 60-cı illərdə repressiya qurbanları haqqında yazmağa hələ az adam cəsarət edirdi. C.Ə.Xəlilov Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Arxivində gör-kəmli Azərbaycan arxeoloq və etnoqrafı Ə.K.Ələkbərovun həyat və yaradıcılığı ba-rədə materiallar üzə çıxararaq xüsusi məqalə yazmış və 1966-cı ildə Moskvada nəşr etdirmişdir. Bundan bir qədər əvvəl 1960-cı ildə Ə.K.Ələkbərovun çap edilməmiş əsərlərinin yığılaraq kitab halında nəşr olunmasında böyük zəhmət çəkmişdir. Sonrakı illərdə C.Ə.Xəlilov bəzi digər alimlərin də həyat və yaradıcılığı mövzusuna müraciət etmişdir.

C.Ə.Xəlilov alim, publisist olmaqla yanaşı bir pedaqoq kimi də nüfuz qazan-mışdır. 1968-ci ildən etibarən C.Ə.Xəlilov vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Universitetində (indi BDU) tələbələrə arxeologiya fənnindən mühazirələr oxu-muşdur. Onun elmi rəhbərliyi altında 10-dan çox arxeoloq və etnoqraf Azərbaycan, Rusiya, Ukrayna, Belorus, Gürcüstan və Ermənistanda namizədlik disertasiyalan müdafiə etmişlər. Onların bəziləri sonralar tarix elmləri doktoru olmuşlar. C.Ə.Xəlilov Rusiya, Gürcüstan, Ermənistan və başqa keçmiş sovet respublikalarınm arxeoloqlarının doktorluq və namizədlik dissertasiyalarma, avtoreferatlarına rəsmi rəy vermişdir. C.Ə.Xəlilov doktorluq dissertasiyalarmın rəsmi opponenti kimi çıxış etmiş ilk azərbaycanlı arxeoloqdur (Tbilisi, 1979-cu il). Bütün bu fəaliyyətinin nəticəsi kimi SSRl Nazirlər Soveti yanında Ali Attestasiya komissiyası 1982-ci ildə ona ar-xeologiya ixtisası üzrə professor elmi adını vermişdir. C.Ə.Xəlilov bu ada layiq cörülmüş ilk azərbaycanlı arxeoloqdur.

C.Ə.Xəlilov həmkarlarımn çap ojunmuş kitablarma rəy yazaraq nəşr etdirmiş8, 13 elmi əsərin redaktoru olmuş, "Azərbaycan Sovet Ensiklopediyası"nda bir çox məqalələr çap etdirməklə yanaşı ASE-nin rəsmi elmi məsləhətçisi kimi çalışmışdır. O, "Tarix institutunun əsərləri", "Azərbaycanm maddi mədəniyyəti", "Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar" kimi dövrü nəşrlərin və habelə "Sovet Azərbaycamnm ictimai elmləri", "Azərbaycanda arxeoloji tədqiqatlar" kimi əsərlərin redaksiya heyətinin tərkibinə daxil olmuşdur. C.Ə.Xəlilov Azərbaycan EA Tarix institutu və Azərbaycan tarixi muzeyinin Elmi şuralarmm üzvü olmuşdur. C.Ə.Xəlilov 1970-ci ildə "Şanlı əməyə görə", 1986-cı ildə "Əmək veteranı" medalları ilə təltif edilmişdir.

Son vaxtlar Azərbaycanda yaşayan azsaylı xalqlara diqqət və qayğmm artırılması C.Ə.Xəlilovun elmi yaradıcılıq istiqamətinə də öz təsirini göstərmişdir. 1993-cü ildə "Ləzgilərin tarixi" mövzusunda keçirilmiş ilk elmi konfransda C.Ə.Xəlilov "Qusar rayonunun IX-XYII əsrlərə aid yaşayış yerləri" adlı məruzə ilə çıxış edərək Islam dininin qəbulundan sonra azərbaycanlılarla ləzgilərin bir-birinə çox yaxmlaşması, onlarm yaratdıqları mədəniyyətlərin bir-birindən, demək olar ki, seçilməməsi fıkirlərini əsaslandırmışdır.

C.Ə.Xəlilova sonuncu elmi sifariş 1993-cü ildə İtaliyanın Roma şəhərindən daxil olmuş, ondan "İtaliya ensiklopediyası" üçün məqalələr yazmaq xahiş olunmuşdur. Lakin amansız ölüm buna imkan verməmişdir. Görkəmli alim 1994-cü il martın 29-da uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat etmişdir.