Xucbala

XucbalaAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Ərazi vahidliyinə Xucbala, Çartəpə, Ağağı-Xuc və Digah kəndləri daxildir.

Xucbala
41°25′05″ şm. e. 48°27′56″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1480 (2009) nəfər
Xəritəni göstər/gizlə
Xucbala xəritədə
Xucbala
Xucbala

Xucbala oyk, mür. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Keçmiş adı Yuxarı Xuc olmuşdur. Oykonim Xuc (qıpçaqların kuç tayfa adını əks etdirən etnotoponim) və bala (kiçik) komponentlərindən düzəlib, "kiçik Xuc kəndi" mənasındadır. Buradakı bala komponenti yaşayış məntəqəsini Orta Xuc və Aşağı Xuc kəndlərindən fərqləndirməyə xidmət edir.[1]

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Xucbala kənd cəmiyyəti tərkibinə daxil olan Xucbala kəndində 56 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 495 nəfər (248 nəfəri kişilər, 247 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1480 nəfər əhali yaşayır.[2]

Xucbala kəndi Quba-Qusar yolunun 9-cu kilometrliyində yerləşir.

Kənddə Xucbala kənd məscidi dini icması fəaliyyət göstərir[3].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xucbala kəndinin tanınmış ziyalıları haqqında

[redaktə | mənbəni redaktə et]
  • İbrahimov Cəfər Müzəffər oğlu-Xızı rayon Partiya Komitəsinin birinci katibi, Quba rayon ZDS İcraiyyə komitəsinin sədri, 30 minçilər hərəkatının iştirakçısı, qabaqcıl kolxoz sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Quba şəhər Sovetinin 14 il fasiləsiz sədri işləmişdir. Vəfat etmişdir
  • İbrahimov Mehman Cəfər oğlu-Quba rayon Partiya Komitəsinin ikinci katibi, rayonun ən böyük sovxozu Zərdabi adına sovxozun direktoru, 1999-2004-cü illərdə Quba rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir, iqtisad elmləri namizədi.