Cacıq — yunan və türk mətbəxinə aid olub qatıq, xiyar, sarımsaq, duz və sudan hazırlanır.
Tzatziki (ingilis /tætˈsiːki/, /tsætˈsiːki/, or /tɑːtˈsiːki/; Yunan: τζατζίκι, tzatzíki [dzaˈdzici]; Türk: cacık [d͡ʒɑˈd͡ʒɯk]; Bolqar: дзадзики, dzadziki) yemək ətdən və xüsusi soula hazırlanır. Tzatziki əsasən duz və qatıq (adətən qoyun və keçi südündən qatıq), həmçinin xiyar, sarımsaq, zeytun yağı, bəzən isə şərab və ya limon şirəsi əlavə edilərək yeyilir. Adətən soyuq halda serviz edilir[1].
Yunan dilində "tzatziki" türk sözündə götürələrək "cacık" deməkdir[2]. Bu sözün kökü Qərbi Asiya dilindən gəlib. Ərəb dilində zhazh (ژاژ) adlanır. Evliya Çelebi 17-ci əsrdə yazdığı "Səyahətnamə" əsərində bu yeməyi "cacıx" adlandırır. Əhməd Vefik Paşa 1876-cı ildə türk lüğətinə bu sözü "cacık" kimi daxil etmişdir[3]. O zaman bu yemək qatıq və salat ilə yeyilir.[4][5]
Bu yemək Balkan xalqlarında tatator adı ilə məşhurdur[6]. Bolqarıstan və Serbiya mətbəxində bu yemək quru tatator (Bolqarıstan: сух таратор, Makedoniya: сув таратур, Serbiya: сув таратор) adlanır. Onlar bu yeməyi "Qış salatı" adlandırdığı salatla birlikdə yeyirlər. Yeməyin hazırlanması zamanı qatıq bir neçə saat qaynadılır (bolqarıstan: кисело мляко, Makedoniya: кисело млеко, Serbiya: кисело млеко. Sonradan ona xiyar, sarımsaq, duz, zeytun yağı və s. əlavə edilir[7].
Bu yemək Kiprdə də eyni qayda ilə bişirilir və nanə əlavə edilir[8].[9]
Yunanıstanda da bu yemək eyni qayda da bişirilir və yeyilməsi zamanı iyli şüyüd və cəfəridən istifadə olunur[10].[11]
Şərqi Asiya ölkələrində də bu yemək qatıq və xiyar ilə bişirilir[12].[13]