Cahan Ağamirov

Ağamirov Cahan Mirbaba oğlu (19 aprel 1945, Təbriz) — Azərbaycanlı nizamişünas, şərqşünas, fars dili mütəxəssisi və filologiya üzrə fəlsəfə doktoru. Gəncə Dövlət Universitetinin Praktik xarici dillər kafedrasının baş müəllimi. Cahan Ağamirov, "İran ədəbiyyatşunaslıqında Nizami irsinin öyrənməsi və tədqiqi" mövzüsünda dissertasiya işinin müəllifidir. Alim, XII əsrdə yaşamış Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mədəni irsinin öyərnilməsi sahəsindəki fəaliyyətlərinə görə tanınmışdır.

Cahan Ağamirov
Ağamirov Cahan Mirbaba oğlu
Doğum tarixi (79 yaş)
Doğum yeri Təbriz, İran (Pəhləvilər)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi Şərqşünaslıq
Elmi dərəcəsi Filologiya üzrə fəlsəfə doktoru
İş yeri Gəncə Dövlət Universiteti
Alma-mater Bakı Dövlət Universiteti
Tanınır Nizamişünaslıq

Cahan Ağamirov 1945-ci ilin 29 aprel tarixində İranın Təbriz şəhərində anadan olmuşdur. Həmin dövrdə ölkə Pəhləvilər sülaləsi tərəfindən idarə edilməkdə idi. Babası Hacı Seyyid Ağabala ağa Gəncədə dövrün tanınmış din xadimi olmuşdur. Atası Mirbaba Ağamirov, XX əsrin əvvəllərindən etibarən tez-tez İrana səfərlər etmiş və Təbriz şəhərində ticarət əlaqələri yaratmışdır. Atasının Təbriz-Gəncə arasında ticarətlə məşğul olduğu və əsasən müxtəlif ədviyyat məhsullarını İrandan gətirərək, Gəncə bazarlarında satdığı məlumdur. Tez-tez İrana səfərlər etməsi və İrana məxsus passporta sahib olması səbəbindən 1937-ci ildə atası Mirbaba Ağamirov İrana sürgün edilmişdir.[1]

Sürgün zamanı bir necə dəfə Azərbaycana geri qayıtmağa cəhd göstərsə də, İran-SSRİ arasındakı sərhəddin ciddi qorunması və mümkün təhlükələr səbəbindən bu cəhdlər uğursuz alınmışdır. Cahan Ağamirov, atasının 14 illik sürgün həyatında olduğu zaman 1945-ci ilin 12 may tarixində, İranın Təbriz şəhərində anadan olmuşdur. 1954-cü ildə İosif Stalinin ölümündən sonra, İranda yaşayan bir qrup gəncəli şəxs Azərbaycana geri qayıtmağa qərar verir. Geri qayıdan şəxslər arasında, alimin atası Mirbaba Ağamirov da olmuşdur. 1954-cü ildə Cahan Ağamirovun 9 yaşı olarkən ailə Azərbaycan Sovet Sosialist Respublikasının İranla sərhədlərini mühafizə edən sovet sərhədçilərinə təslim olmuş və ölkəyə giriş üçün icazə istəmişdilər.

Dönəmin xüsusi xidmət orqanları tərəfindən aparılmış uzun araşdırmalardan sonra ailənin Gəncə şəhərində yaşamasına icazə verilmişdir. Cahan Ağamirov 1965-ci ildə Gəncə şəhərində yerləşən Mirzə Ələkbər Sabir adına 5 saylı orta məktəbi bitirərək, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə daxil olmuş, 1971-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. 1971-1972-ci illərdə SSRİ ordusunun sıralarında xidmət edərək, hərbi tərcüməçi vəzifəsini icra etmişdir. Fars dilini bilməsi səbəbindən, orduda fars dili üzrə tərcüməçi vəzifəsində çalışmışdır. 1973-cü ildə alim Gəncə şəhər 4 saylı orta məktəbində hərbi dərsi demişdir. 1975-ci ildə Bakı şəhəri 5 saylı Texniki-Peşə məktəbində tərbiyəçi-müəllim vəzifəsində işləyib.[1]

Cahan Ağamirov 1979-cu ildən 1989-cu ilə qədər Leninqrad şəhəri Şərqşünaslıq İnstitutunda tərcüməçi, inturistə tərcüməçi-bələdçi, Jdanov adına Leninqrad Dövlət Gimnaziyasında türk və fars dili müəllimi vəzifələrində çalışmışdır. 1989-cu ildə alim öz ölkəsinə dönərək, Gəncə şəhərində 24 saylı orta məktəbdə fars dili müəllimi kimi fəaliyyətini davam etdirmişdir.[1]

2002-ci ildən bu günə qədər isə Gəncə Dövlət Universitetində fars dili müəllimi vəzifəsində fəaliyyət göstərir. 2007-ci ildən 2011-ci ilə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Nizamişünaslıq şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.[1] Gəncə şəhərində fəaliyyət göstərən "Difai", "Gəncənin səsi", "Gəncəbasar", "Yüksəliş" kimi qəzet və jurnallarda bir çox sayda məqalələri dərc olunub. Evlidir, bir oğlu var.

Elmi məqalələri və kitabları

[redaktə | mənbəni redaktə et]

Cahan Mirbaba oğlu Ağamirovun elmi mövzu və məqalələrinin siyahısı:

  1. Nizami yaradıcılığında türk sözləri və Azərbaycan zərbi-məsəlləri. Gəncə, 2005;
  2. Nizami və türklük. Gəncə, 2008 (monoqrafiya);
  3. Nizami yaradıcılığında qadın surətləri. Bakı: A.M.E.A., 2008;
  4. Fars dili. Bakı, 2009 (dərslik kitabı);
  5. Nizami və Heydər Əliyev (2009-cu il konfrans materialı). Bakı, 2009;
  6. İran ədəbiyyatşünaslığında Nizami Gəncəvi irsinin öyrənilməsi və tədqiqi. Bakı, 2015 (monoqrafiya);
  7. Eski Azərbaycan Yazısı (Ərəb əlifbalı Azərbaycan yazısı). Bakı, 2016;
  8. Fars dili (Qeyri-ixtisas fakültələri üçün dərslik kitabı). Bakı, 2018;
  9. Farsca hekayələr və zərbi-məsəllər. Bakı, 2018 (Günel Məmmədova ilə birgə).

Cahan Ağamirov ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün hazırlanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Eski Azərbaycan yazısı" dərs vəsaitinin müəllifidir. Kitab, Gəncə Dövlət Universitetinin Praktik Xarici Dillər Kafedrasında 2016-cı ilin 1 iyul tarixində 16 saylı protokoluna əsasən müzakirə edilərək, bəyənilmişdir.[2]

  1. 1 2 3 4 Cahan Ağamirov. "Gəncə Dövlət Universitetinin "Praktik xarici dillər" kafedrasının baş müəllimi" (Azərbaycan dili). Gəncə Dövlət Universiteti. 5 aprel, 2015. 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-02.
  2. (PDF). Bakı: Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti. 2016 http://anl.az/el/Kitab/2016/Azf-292851.pdf (#bare_url_missing_title). 2020-11-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]