Cahandar Bayoğlu

Cahandar Cahangir oğlu İsmayılov (25 iyul 1964, Qaraçanta, Amasiya rayonu) — Azərbaycan siyasətçisi; Turan Partiyasının sədri.[1] [2][3]

Cahandar Bayoğlu
Cahandar Cahangir oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1964(1964-07-25) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Dini İslam

Cahandar Bayoğlu 25 iyul 1964-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib. 1982–1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində ali təhsil alıb.[4]

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1987-ci ildən Elçibəylə tanışlığı ilə Milli azadlıq hərəkatının başlanmasında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq AXC-nin təsis konfransının səlahiyətli nümayəndəsi, AXC-nin Yasamal və Nəsimi rayon təşkilatlarının idarə heyətinin üzvü olub.

1991-ci ildə AXC Təhlükəsizlik Şurası rəhbərinin müavini olmuşdur. 1992–1993-cü illərdə AXC İcrayyiyə Komitəsinin üzvü olub. Elçibəy hakimiyyətində 1993–1997-ci illərdə Birləşmiş Azərbaycan İdeyasının təşkilatlanması ilə bağlı çalışmaların içində yer alıb. 1998-ci ildə Bütöv Azərbaycan Birliyi Təşkilatında Elçibəyin yanında Mərkəz rəhbəri olaraq çalışıb.

19 fevral 2020-ci ildən Turan Partiyasının sədridir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda və Türkiyədə yayımlanmış bir sıra elmi məqalələrin müəllifidir.

Evlidir, iki övladı var.