Cahangir Əmrah oğlu Baxışov (1 aprel 2001, Nardaran, Qobustan rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Cahangir Baxışov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nardaran, Qobustan rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əmrah Baxışov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustan rayonunun Nardaran kəndində anadan olmuşdur.[1]
Cahangir Baxışov 2 aprel 2019-cu il – 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il oktyabrın 9-da həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]